Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı missiyasının rəhbəri Troy Duli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.