PDF Oxu

COP29

  • 4 511

COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər

image

COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 29-30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində COP29 könüllüləri üçün "Eco Enacthon" layihəsi keçirilib. SİA xəbər verir ki, layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər.

Tədbirin ilk günündə könüllülər ixtisaslaşmış ekspertlər tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarəedilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarəedilməsi kimi praktiki mövzularda təlimlərdə iştirak ediblər.

Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqəsində öz tətbiqini tapıb.

Belə ki, "Eco Enacthon" yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könüllülər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini inkişaf etdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq kəsb edən layihələr qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.

Digər xəbərlər