COP29

  • 1 073

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib

image

Kolumbiyanın tanınmış “Primacia” qəzetində “COP29: planetimizin yaşaması üçün” başlıqlı məqalə dərc edilib. Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya bildirilib ki, məqalədə COP29-un iqlim dəyişikliklərinin təsirlərinin aradan qaldırılması baxımından qlobal əhəmiyyət daşımasına, ölkəmizin bu istiqamətdə mühüm beynəlxalq aktorlardan birinə çevrilməsinə diqqət çəkilir.Qeyd olunub ki, Azərbaycan neft-qaz ixracatçılarından biri hesab olunsa da, ölkədə yaşıl iqtisadiyyat siyasəti son illərdə uğurla inkişaf etdirilməkdədir. COP29 Azərbaycanın bərpaolunan enerjidən istifadə, karbon emissiyalarının azaldılması və ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurları beynəlxalq ictimaiyyət ilə bölüşməsi üçün yaxşı bir fürsət olacaq.Məqalədə dünyanın ən uğurlu liderlərindən biri olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin adi hala çevrildiyi və COP29-da da bəşəriyyətin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirə ediləcəyi bildirilir.Eyni zamanda, Kolumbiya Hökumətinin iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ciddi əhəmiyyət verdiyi və bütün dünyanı təhdid edən çağırışlara qarşı digər ölkələrlə birlikdə COP29 çərçivəsində ortaq cavab axtarışında olacağı qeyd olunur.Kolumbiyali jurnalist Roberto Trobaxonun sözügedən məqaləsi, həmçinin bir neçə digər yerli mətbu orqanlarda dərc olunub.

Digər xəbərlər