COP29

  • 1 030

. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeronda ağacəkmə aksiyası keçirilib

image

Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə aksiyası keçirilib.Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının üzvləri, Abşeron Rayon İcra Hakimiyyəti nümayəndələri, habelə “İstedadlı əlillər” İctimai Birliyinin təmsilçiləri, qazilər və həssas əhali qruplarından olan digər şəxslərin iştirak etdikləri aksiyada 50-dən artıq ağac əkilib.Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, bu cür ekoloji aksiyaların keçirilməsi ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də cəmiyyətin hər bir üzvünü ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləmək məqsədi daşıyır.

Digər xəbərlər