PDF Oxu

COP29

  • 3 009

Gənc liderlər iqlim problemləri müzakirə etdilər

image

COP29 tədbirləri çəçivəsində Yaşıl zonada “YNA-nın COP29 Gənc Liderlik Forumu” baş tutdu. Çıxış edənlər dünyanın müxtəlif ölkələrindən olan , iqlim məsələləri barzədə fəaliyyətləri olan fəallar idi. Onlar iqlim problemləri ilə yollarının necə kəsişdiyini, insanın və kənar faktorların iqliməv necə təsir etdiyini araşdırmaq üçün örülən işlərdən danışdılar. Qeyd edək ki, UNFCCC bü istiqamətdə işləyən ən yaxşı gənc iqlim liderlərini bir araya gətirir. Qlobal iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və qlobal iqlim siyasətini formalaşdırmaq əsas fəaliyyət planıdır. Müzakirə zamanı çıxışçılar gənclərin öz səslərini harada, necə və hansı formada ən yaxşı şəkildə eşitdirə biləcəyini və iqlimlə bağlı nələr edə biləcəyi bərədə danışdılar.

Çıxışçılar The Extreme Hangout” təşkilatının nümayəndəsi Catherine Batley, YNA-nın vəkillik lideri Çarli Bevis, ekoloji hüquqların müdafiəçisi Enkhun Byambadorj, fələstinli gənclərin iqlim danışıqları təmsilçisi Mohomed Usrof, iqlim məsələləri üzrə BMT-nin gənc nümayəndəsiSiqurd Seindal Krabbe və başqaları idi.

Lalə Mehralı

Digər xəbərlər