Mədəniyyət

  • 6 185

Qəhrəman xalqımızın xilaskar qəhrəmanı ŞEİR

image

( İxtisarla )

Cahanda hər bir hökmü

Hakim bir zaman verir.

Zamanla necə, nə cür

Bir cürə dövran verir.

Haqqa zülm edən zalım

Bir gün haqqa can verir.

Böylə deyimlər də var:

Haqq nazilər üzülməz.

Haqq ilə ucalanlar

Heç vaxt zülm ilə enməz.

Odur ki Hayastana,

Etdiklərinə əvəz

Göstərdi Azərbaycan,

Azərbaycan ordusu,

Qəhrəman xalqımızın

Xilaskar qəhrəmanı,

Silahlı Qüvvələrin

Ali Baş Komandanı.

30 il torpaqları

İşğal altında olan,

Tarixi haqsızlığa

Məğlub yox, məruz qalan,

İşğaldan azad edıb,

Torpaqlarını alan

Azərbaycan göstərdı

Haqsızlığın sonunu.

Gördü Cümləcahan həm,

Gördü Hayastan bunu.

Nədir qanunun gücü,

Nədi gücün qanunu.

Göstərdi Azərbaycan,

Azərbaycan ordusu,

Qəhrəman xalqımızın

Xilaskar qəhrəmanı,

Silahlı Qüvvələrin

Ali Baş Komandanı.

Tarix özü şahiddir

Nələrdən keçmişik biz.

Haqsızlıqlardan keçib,

Haqq yolu seçmışik bız.

Onçün aciz qalmadıq

Düşmənin qabağında.

Haqq üçün qalib olduq

İllərin sınağında.

Qalibik ki, işğaldan

Torpaqlar azad olur.

Azad olan torpaqlar

Günbəgün abad olur.

Xarabalıqlar bu gün

Bir gülüstana dönür.

Hüsnünü vəsf etdiyim

Şeirim dastana donür.

Qaçqın, köçkün qayıdır

Elinə, obasına,

Dədə-baba ocağı,

Yurduna, yuvasına.

Artıq ellər-obalar

Saddır vətən bağında.

Vətənimin, xalqımın

Görürəm bu çağında.

Özü cavandan-cavan,

Yaşı qocadan-qoca.

Alnıaçıq, üzüağ,

Başı ucadan-uca.

Varmı şanlı Zəfərdən

Olsun şərəflı bunca?

Vardır özüdür olan

Qalıb bir tarix yazdı

Tarixə Azərbaycan.

Azərbaycan ordusu,

Qəhrəman xalqımızın

Xülaskar qəhrəmanı,

Silahlı Qüvvələrin

Ali Baş Komandanı.

Şəmistan Göyçəli

Digər xəbərlər