Roman Əfqanıstanda baş verən real hadisələr əsasında yazılıb. Ümid edirəm ki, oxucuların marağına səbəb olacaq.
Qeyd edim ki, “Qanlı vadi”, “Gecənin rəngi”, “İncə dərəsi”, “Malayziyada açılan səhər” romanlarının və “İnsanlığa xidmət”, “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” əsərlərinin müəllifiyəm. “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” əsərim Rusiyada rus dilinə tərcümə olunaraq dərc edilmişdir.
Yayın nəfəsi hiss olunsa da, havada hələ də qışın şaxtalı-sazaqlı soyuğu insanın canına üşütmə salırdı. Köhnə avtomobilin kuzovunun döşəməsində oturan 14-15 nəfər qadın və kişi ara-sıra kuzovun taxta arakəsmələrindən ətrafa boylanırdılar. Maşının irəlilədikcə sağa-sola ləngər vurması sərnişinlərin kürəyini taxta borta, bəzən isə bir-birinə zərblə vurmasına gətirib, çıxarırdı. Bu hal tez-tez təkrarlandığından insanlar narazılıqla sürücünün arxasınca deyinirdilər. Lakin hər cür narahatlıqlara və narazılıqlara baxmayaraq maşın ləngər vura-vura yoluna davam edirdi. Elə də olurdu ki, sürücü maşının sürətini tam şəkil də azaldıb, dayanırdı. Bunun da səbəbi avtomobilin enişli, yoxuşlu yolda daha dərin, palçıqlı çuxura düşməsi olurdu. Bu dəfə də balaca yoxuşu qalxanda maşının təkərləri çalaya düşdüyündən ilişib qaldı. Sürücü qaz verib bir neçə dəfə maşını dala qabağa etdi, ancaq nəticəsi olmadı. Kuzovun bortunun yanında küncdə büzüşüb, başını arxaya söykəmiş 55-60 yaşlarında üzü saqqallı, başında qara rəngli şərf olan kişi maşının yerindən tərpənmədiyini görüb, qamətini düzəltdi, sağ əlini yuxarı qaldırıb, kuzovun tinindən tutub, ayağa qalxdı. Ətrafı seyr etdikdən sonra deyingən səsi eşidildi:
-Aşağı düşüb kömək etməliyik.
Bunu deyən danışığından və geyimindən taciq olduğu görünən 23-25 yaşlı cavan oğlan idi.
Kuzovdan maşının yerində fırlanan təkərlərinə yuxarıdan baxan cavan taciq, aşağı düşmək üçün hərəkətə keçdi. O döşəmə də oturan sərnişinləri tapdalamamaq üçün, ehtiyatla addımlarını atıb, bortun qapısına yaxınlaşdı.
Başında qara rəngli şərf olan kişi yenə də dilləndi:
- Bəli tələsmək lazımdır. Gecənin qaranlığı ətrafa hakim kəsilənə qədər bu qorxulu zonanı keçməsək qurda-quşa yem olacağıq.
- Ay kişi yenə nəhs danışma- qara çadraya bürünmüş yaşlı qadın aşağıdan yuxarıya boylanıb, ötkəm səslə dilləndi.
Kişi tərs-tərs yuxarıdan aşağı arvadına baxıb, üzünü narahat baxışları ilə gözlərini ona dikən sərnişlərə tutub dedi:
-Nədir, düz deyirəm də, Hasan Muradın dəstəsi buralarda qan-qan deyir. O gün qonşumuz İmran Garmabd kəndində ki balaca dükanına Landay Kalaydan qənd, çay, duz və digər ərzaq məhsullari alib gələrkən, elə buralarda Hasan Muradın dəstəsi tərəfindən yaxalanıb. Yazığı öldürüb, malını da aparıblar.
Kişinin xəbərdarlğından sonra kuzovda tərpəniş yarandı. Açıqca hiss olundu ki, sərnişlər kişinin sözlərindən bərk-qorxuya düşüblər. Bayaqdan sakitcə oturub, maşının dala-qabağa ləngər verməsini izləyən kişilər ayağa durub, yerə düşdülər, təkərin altına atmaq üçün daş axtaran cavan taciqə kömək etməyə başladılar. Kuzovun ortasında oturub, tənbəki üfürən ağsaqqal, keçəl, qara simalı kişi də ayağa qalxıb, ətrafı mənalı-mənalı seyr edib, dodaqlarını büzdü, qaşlarını aşağı yuxarı edib, gözlərini yaxınlıqdakı boz dağlara dikdi. Günəşin yandırıcı şüasından, qışın sərt şaxtasından qaralıb, codlaşmış simasına əli ilə sığal çəkib, hamının eşidə biləcəyi səslə dedi:
- Colal düz deyir. Ötən həfətə də Tağhaz kənddindən olan kəndxuda Mağanin elə buralarda atını və 4 baş qoyununu əlindən alıb, özünü də çoxlu da döyüb, xəstəxanalıq ediblər…
Tənbəki üfürən ağsaqqal, keçəl, qara simalı kişinin sözlərindən sonra qadınlar narahat baxışlarla bir-birinə baxdılar. Sanki baxışları ilə “təhlükə olsa aqibətimiz necə olacaq? ” sualı ünvanlayırdılar. Ancaq müəmmalı sual dolu baxışlara heç kimi cavab verə bilmirdi. Ən pisi də o idi ki, təskinlik verən, narahat baxışlara, çırpıntı yaradan xəbərdarlıqlara “narahat olmayın, heç nə olmayacaq” deyib ürəklərə məlhəm ola biləcək fikirlər söyləyən də yox idi.
Maşının kuzovunda olanlar və aşağı da palçığa batan maşını çıxartmaq üçün təkərlərinin altına daş, kol-kos atan kişilər tez-tez qorxu dolu nəzərlərlə ətrafa boylanırdılar. Hamı tələsirdi. Yalnız kuzovun sol tərəfində oturub, körpəsini sinəsinə sıxıb, dərin xəyallara dalmış Berfada sakit idi. O tələsmirdi. Çünki onu gedəcəyi yerdə gözləyən, qarşılayan da yox idi. Onu ancaq körpəsi düşündürüdü, iki ailənin tək kişisi, iki ailənin çırağını yandıra biləcək övladı. Bu xəyallar içində Berfada gozlərini qıyıb batmaq da olan günəşin şüaları arxasından Cənuba doğru hərəkət edən bulud parçasına baxdı. Necə oldusa, bu bulud parçası ona yeni nisgil gətirdi. Berfada bu nisgili anlamağa çalışsa da istəyinə nail ola bilmədi. Bir xeyli beynində var –gəl elədi, ürəyində fikirləşdi yenə də qəlbini bürümüş nisgilin nədən yarandığının səbəbini anlaya, dərk edə bilmədi. Bəlkə qəlbini bürümüş niskili Çolal kişinin Hasan Muradın quldur dəstəsi haqqında söylədiyi xəbərdarlığı idi. Yox bu onu narahat etmirdi, heç qorxutmurdu da. Çünki əmin idi ki, bu yerlərin qatı quldurları belə qadına, körpə uşaqlara qıymazlar. Arxayın idi ki, Hasan Murad deyilən quldurun həmləsi ilə üzləşsələr ona və bir yaşlı Mirana xətər dəyməyəcək. Bu Əfqanıstanda hər kəsin, hətta qatı cinayətkar dəstənin riayət etidyi qızıl qayda idi. Bəs elə isə qəlbinə hakim kəsilən niskilin yaranmasının səbəbi nə idi? Gözlərini yumub, bir neçə saniyə düşüncələr içində var-gəl etdi. Qadınların – çox şükür maşın batdığı yerdən çıxdı-sözlərini eşidincə gözlərini açıb, ətrafına boylandı. Nəhayət kişilərin köməyi öz nəticəsini vermişdi, maşın çətinliklə də olsa çaladan çıxıb, düz yolda dayandı. Kişilər kuzova qalıxıb, yerlərində oturdular. Berfada şirin yuxuya gedən Miranın üzündən kəlayağının götürüb, üzünə baxdı. Körpə şirin -şirin yatırdı. -Yat, mənim qara bəxtli balam, yat mənim körpə ikən ata nəfəsindən, şəfqətindən məhrum olan oğlum.
Dodaqlarının ucunda pıçıltı ilə səsləndirdiyi sözlərindən özü də diksindi. Sözlərini eşidə biləcəklərindən duyuq düşüb, sağına soluna boylandı. Yanında sıra ilə oturan yaşlı qadınlar öz aralarında az qala başlarını bir-birinə söykəyib danışdrdılar. Berfada rahatlandı. Onun pıçıltısını eşidən olmamışdı. Yenidən gözlərini yumub, fikirə getdi. Dərhalda bayaqdan qəlbini parçalayan, ürəyinə od salan niskilin nədən ibarət olduğunu anladı. Dərk etdii ki, heç nə dəyişməyib, eyni niskil, eyni onu gözləyən qaranlıq taley. O artıq tənha, həm də kimsəsiz qadın olaraq körpəsi ilə kiçik kənddini tərk edib, Kabula gedirdi. Şəhərdə onu hansı aqibət, taley, hadisələr gözlədiyini bilmirdi…
Berfadaya kənddi tərk edib, böyük şəhərə getmək məsləhəti olanda ürəyində atasını qınamışdı. Onu validyen olaraq tanımadığı, həyatında bir dəfə də olsun görmədiyi şəhərə göndərməkdə ittiham etmişdi. Demişdi ki, bu dünyada ancaq, üç nəfər qalıblar. O, atsı və övladı. Bundan sonra üçlükdə bir-birinə dəstək olmaqla həyatlarını davam etdirməlidirlər. Atası isə sərt və qəti şəkil də ondan kəndi tərk edib, böyük şəhərə getməsini istəmişdi.
O indidə də ürək döyüntüləri ilə atası ilə gərgin keçən söhbətini xatırladı... Atası danışanda sanki gözlərindən şimşək çaxırdı, ağzından od tökülürdü. İsrarlı şəkildə qızının və körpəsinin kəndi tərk edib, uzaqlara getməsini tələb etmişdi. Demişdi ki, qızım get bu kənddən, övladını və özünü xilas elə. Atasının sözlərindən təəccüblənən Berfada, - ata məni qovursan evindən?- deyə sual edincə, övlad itkisnindən beli əyimiş, ağ saçlı, ağ saqallı Namer Comal – hansıı evi deyirsən qızım, axı bizim evimiz yoxudur, ananı xəstəlik, bacını, qardaşlarını ərini isə quldurlar əlimizdən alıb, ailəmizi məhv ediblər, ocağımızı söndürüblər- deyə hıcqıra –hıçqıra ağlamışdı. Sonrada demişdir- qızım hər şeyimizi əlimzdən alıblar, heç nəyimiz və heç kimimiz qalmayıb, bir sən və bir də sənin körpən qalıb, vəhşilər, səni və övladınıda öldürəcəklər, bəli, bəli öldürəcəklər, qaç bu obadan, bu kənddən get uzaq şəhərlərə - deyə ah çəkib, yanıqlı səslə söyləmişdi. Yalnız bu məqamda Berfada atasını anlamağa başlamışdı. Dərk etdmişdi ki, atası ailənin son ümid çırağının sönməməsi üçün onun kənddən çıxıb, böyük şəhərə ketməsini istəyir.
(Ardı var)
İLHAM ƏLİYEV
Yazıçı-publisist
“Vallonların baş komissarları” rəsmində əlində kometa tutan bir kişi təsvir olunub...