Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhərinin Azərbaycan küçəsində fəaliyyət göstərən "MM" marketdə yoxlama aparıblar.
SİA xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, marketdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar olunaraq satışdan kənarlaşdırılıb.
Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Science: Dünya əhalinin həddindən artıq çoxluğu səbəbindən 13 noyabr 2026-cı ildə sona çatacaq...
Kreml Ümumdünya Səhiyyə Təşkilatının sorğusuna dəqiq cavab verməyib...