Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 4-də Nəsimi rayonunda 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq 2-ci bölmədə təmir işləri həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Təmir işləri ilə əlaqədar saat 00:00-dan 02:00-dək Ceyhun Hacıbəyli, Hənifə Ələsgərov, İmran Qasımov, Qulu Quliyev, Mirəli Qaşqay, Mirəsədulla Mirqasımov, Nazim Hacıbəyov küçələri, Azadlıq və Vaqif prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Mətləb
Ürək və sümük sağlamlığı üçün...
Son söz sizindir...
Kosmosdan balta: alimlər bir artefakt tapdılar və onun yerüstü mənşəyini müəyyən etdilər...
Baxışlar və üz ifadələri gərginliyi azaltmağa və anlayışı yaxşılaşdırmağa kömək edir...
Qalanları isə “itaət fabriklərinə” çevrilir...