Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb. SİA Lent.az-a istinadən xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla) hüquq-mühafizə orqanlarına müraciətində 16 yaşlı qızının itkin düşdüyünü bildirib.
Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib. Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısı oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə A. Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib.
Mətləb
Qalanları isə əlavə iş saatları ilə işləməyə məcbur edirlər...
Niyə peşədə ciddi kadr çatışmazlığı var...
2024-cü ildə bu ölkənin seminariyalarında təxminən 4150 gələcək keşiş təhsil alıb ki, bu da...
Səhiyyə Nazirliyi: Rusların qrip viruslarının yeni ştammlarına qarşı immuniteti yoxdur...
Onlar dünyanın ən güclü lazerindən istifadə ediblər...
Ürək və sümük sağlamlığı üçün...