PDF Oxu

Mədəniyyət

  • 439

Kabuldan əsən külək ROMAN

image

Roman Əfqanıstanda baş verən real hadisələr əsasında yazılıb. Ümid edirəm ki, oxucuların marağına səbəb olacaq.

Qeyd edim ki, "Qanlı vadi", "Gecənin rəngi", "İncə dərəsi", "Malayziyada açılan səhər" romanlarının və "İnsanlığa xidmət", "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" əsərlərinin müəllifiyəm. "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" əsərim Rusiyada rus dilinə tərcümə olunaraq dərc edilmişdir.

(Əvvəli ötən sayımızda)

Maşın sağa - sola ləngər vurunca Berfada yenidən yumulu gözlərini açıb, ətrafına boylandı. Sərnişinlər arsındada sakitlik idi. Qaranlıq düşsə də sərnişinlər ayın işığında bir-birini görə, hərəkətlərini duya bilirdilər. Bu baxımdan qadınlar başlarını bir - birinə yaxınlaşdırıb, pıçıltı ilə söhbətləşirdilər.

Berfada gözlərini göyə dikdi, bərq vuran ulduzları, parlayan ayı seyr etdi. Atasını düşündü. Onu tək qoyub, kəndi tərk etdiyi üçün özünü qınadı. Dərhal da atasının nəsihəti yadına düşdü: “Vəhşilər səni də, oğlunu da öldürəcəklər qızım, kəndi tərk edib, böyük şəhərə get”. Dodaqlarının altında - düz etdin, ata - yanaqları aşağı süzülən göz yaşlarını başındakı örpəyinin ucu ilə silib, fikrə getdi. Xəyallar onu uzaqlara apardı. Atası-anası, qardaşları və bacısı ilə keçirdiyi sakit illəri yadına saldı. Savurla cəmi bir il çəkən xöşəbəxt ailə günlərini xatırladı. O sakit günlər birdən birə faciə dolu günlərlə əvəzləndi. Cəmi 6 ay ərzində o ərini, beş qardaşını və bir bacısını itirdi. 23 yaşlı Bahdur qardaşının taleyindən isə 2 ildir ki, xəbər -ətər yoxdur. Bahadur meşədən odun yığıb, gələrkən silahlı quldur dəstəsi onun qarşısın kəsib, yedəklərinə mindirib, aparmışdılar. Kənddin başçısı və polisi çox axtarsada onu tapa bilməmişdilər. Kənd əhalisi səksəkə içində idi. Hər gün kiminsə öldürüldüyü və ya qaçırıldığı xəbəri eşidilirdi/ Yeni qurulan hökumət baş verən qanunsuzluqların qarşısını almaq üçün qətiyyət göstərsə də, bu nəticə vermirdi. Hətta yeni hakimiyyət kəndlərin əhalisinin quldur dəstələrindən qorumaq üçün yeni hərbi dəstələr yaradıb, onları kəndlərin, şəhərlərin girəcəyində yerləşdirmişdir. Bu cür qaydalar quldurların kəndlərin və şəhərlərin içərisində özbaşınalığının qarşısını qismən də olsa alsa da dağətəyi və düzəngahlarda hələ də quldurların, silahlı dəstələrin insanlara və onların əmlaklarına ciddi problem yaratmaları qalmaqda idi…

  • Maşının kuzovunda olan insanların qışqırığı, hay-küyü Berfadanı xəyallar aləmindən oyatdı. O gözlərini ovub ətrafına baxdı. Sərnişinlərin təlaş içində, tez- sür, tez sür –deyə bağırmaları, bəzilərinin isə maşının banını vahiməli şəkil də döyəcəkləmələri, Berfadanın körpəsinin şirin yixudan elədi. Uşaq səs-küydən gözlərini açıb, yüksək səslə çığırmağa başladı. Gənc ana narahat oldu. Tez əl –ayağa düşdü. Balaca körpəni qucağında yelləyib, onu sakitləşdirməyə çalışdı. Lakin cəhdləri nəticəsiz qaldı. Sanki o da gözlənilən dəhşətləri hiss etmiş və anladığı üçün böyüklərə qoşulub qışqırırdı. Berfada uşağını sakitləşdirmək üçün düşündüyünü həyata keçirməyə qərar verdi. Ətrafına boylandı, hər kəsin maşının kuzovunda ayağa durub, sağa-sola boylanıb, qışqırdıqlarını görüncə, qərarını qətiləşdirdi. Dərhal baş örpəyinin altından sinəsini açıb, sağ döşünü oğluna uzatdı. Körpə bir neçə saniyə mızıldandıqdan sonra marça-març südünü əmməyə başladı. Uşaq sakitləşincə Berfada rahatlandı. Fürsətdən istifadə edib, yanında ayaq üstündə dayanıb, ağlar səslə qışıqıran kök, qara çarşablı, yaşlı qadının ətəyindən yapışıb, silkələdi. Qadın, aşağı əyilib,- hə nə olub, nə istəyirsən? - deyə söyləndi.
  • Berfada nə baş verdiyini öyrənməyə çalışdı:
  • Nə olub, niyə qışqırısınız?
  • Kök qadın, əsəbi şəkil də sağ əlinin arxa hissi ilə Berfadanın çiynindən itələyib, yenidən qamətini düzəldib, qışqırmağa başladı. Berfada narahat şəkil də sağına, soluna boylansada., hamının ayaq üstü maşının bortundan tutub, qışqırsığını gördü. Nə baş verdiyini öyrənmək üçün ayağa qalxmaq istədi. Ancaq körpəsini qucağında, ayağa qalxmaq ona çətinlik yaratdı. Birdəki körpəsi yatırdı. Ayağa qlxsa o oyana bilərdi. Ona görə də, ayağa durmaq fikrindən vaz keçdi. Gözlədi, düşündü ki, nəhayət ayaq üstdə dayanıb, qışqıranlardan kimsə yorulub, oturacq və o da nə baş vedirdiyini öyrənəcək. Elə də oldu. Əyninə qara, ağ zolaqlı rəng də hicab geyinən, başına qara çarşab dolamış 30 yaşlarında qadın, -Allah Hasan Muarddır, nə zibilldir, onu öldürsün- deyinə-deyinə Berfadadan iki nəfər sonrakı sırada oturdu. Fürsəti qaçırmaq istəməyən Berfada üzünü qara ağ zolaqlı rəng də hicab geyinən qadına tutub sual etdi:
  • Nə olub, bu caamat niyə qışqırır?
  • Qara ağ zolaqlı rəng də hicab geyinən qadın gecənin ay işığında əllərini maşının döşəməsinə qoyub, diqqətlə Berfadaya baxdı. Sanki onu tanımaq, kim olduğunu öyrənmək istədi. Ancaq tanımadığı üçün əllərini maşının döşəməsindən götürüb, geri çəkildi və kürəyini taxta borta söykədi. Berfada yenidən sual verməli oldu, Bu dəfə qara, ağ zolaqlı rəng də hicab geyinən qadın sakit səslə dedi:
  • - Nə bilim tanıyan kişilər deyirlər ki, Hasan Murad onları dəstəsi ilə təqib edir. Berfada diləndi:
  • - Onun dəstəsi görünür?
  • Qadın özünü məlumatlı şəxs kimi göstərməyə çalışdı:
  • - Bəli, uzaqdan onun atlılarının səs-küyü, qışqırıqları eşidilir.
  • Berfada soyuqanılı şəkil də dilləndi:
  • Narahat olmayın.
  • Deyəsn bu laqeydlik qadını özündən çıxartdı. O əsəbi şəkil də dedi:
  • - Çox sakitsən, deyəsən onun dəstəsinin içində sənin yaxınlarından var.
  • Sözlər sanki ox olub, Berfadanın ürəynə saplandı. Sağ əlini qaldırıb, ürəyinin üstünə qoydu:
  • - Nə danışırsan, o quldur, adam öldürən, biz isə kərpic kəsən, ev silən, buğda üyüdən insanlarıq.
  • Qadın əvvəlki ötkəmliyində dilləndi:
  • Elə isə niyə təlaş keçirmirsən, ağlamırsan?
  • Ona görə ki, ağlamqdan gözlərimin yaşı quruyub, sızlamaqdan bağrım yara bağlayıb, ah-nalədən ürəyim parçalanıb.
  • Sən dedin, mən də inandım. Bəlkə də həqiqətən də sənin Hasan Muradın dəstəsi arasında adamların var.
  • Berfada narahat olmağa başladı. Qorxdu ki, bu qadın maşında olan sərnişinlərə Hasan Muradın dəstəsi arasında onun adamının olduğunu söyləyər və insanlarda inanıb, onu cəzalandırmağa çalışarlar.
  • - Mənim beş qardaşımı və yaxın bir neçə qohumumu Hasan Murad öldürüb. Onun qanını içsəm, of demərəm.
  • Qadın təəccüb dolu nəzərlərlə Berfadaya baxıb sual etdi:
  • _Kimin qızısan:
  • - Sarşan Qaladan Çolan Parqın.
  • - Dəyirmançı Colanı deyirsən, bir oğlunun da adı Sarkar idi, çayın kənarında öldürmüşdülər
  • - Bəli
  • Qadın, dizləri üstündə iməkləyə iməkləyə Berfadaya yaxınlaşdı. Onun bərabərində dayanıb, diqqətlə üzünə baxdı.
  • -Mən səni tanıyıram.
  • Berfada ürəkləndi. Bayaqdan qəlbini bürümüş qorxu dolu narahatçılıq qadının- mən səni tanıyıram –deməsi sanki aradan qalxdı. Rahat nəfəs aldı. Deməli onu tanıyan birisi var. Ay işığında qadının üzünə baxıb,- hardan tanıyırsa? – deyə sual etdi.
  • Atam və iki qardaşımla sizin kənddə gəlib, dəyirmanda un üyütmüşük. O zaman sənin atan bizə çox hörmət etmişdi. Gecəyə düşdüyümüz üçün kəndə qış vaxtı geri qayırtamaq təhlükəli olduğu üçün atan bizi evinizə aparmışdı. Çörək yedik, çay içdik və gecəni də sizdə qalıb, səhər kəndimizə qayıtdıq.
  • Qadın, ötən illərdə yaşanan hadisəni xatırladıb susdu.
  • Berfada gülümsündü, gözləri yaşardı. Qadının , atasının və qardaşının onlara gəldiyi günü xatırladı. O zaman kişilər başqa otaqda çay süfrəsi arxasında söhbətləşərkən onlarda bacıs Gulayla birlikdə xeyli söhbət edib, danışmışdılar. Yatan zamanda sakit dayanmayıb, söhbətləşmişdilər. Nəhayət anası onlara acıqlanıb, demişdi ki, qonağı yormayın, imkan verin qız yatsın. Bundan sonra qızlar gülüb, üzlərini yana çevirib, yatmışdılar. Səhərdə uzun illərin tanışları ki salamlaşıb, evdən çıxıb, həyət-bacanı birlikdə gəzmişdilər Ayrılanda isə bir-birinə görüşənədək -demişdilər. Həmin görüşlərindən sonra bir-birini görməmişdilər.. Taleyin hokmü onları buarada-maşının kuzovunda görüşdürdü.

Berfada uzanıb, əziz adamını görürmüş kimi qadının üzündən öpdü. Qadında qarşlıq verib, Barfadanı bağrına basdı, yanaqlarından öpdü. Sağ əlini qucağında mışıl-mışıl yatan körpəsinin sinəsinə qoyub, xəfifcə onu sığlladı.

  • - Allah saxlasın.
  • -Çox sağ olun.
  • - Hara gedirsən- qeyr-ixtiyarı qadın sual etdi.
  • . Berfada cavab verməyə çətinlik çəkdi. Bir neçə saniyə susdu. Qadın dilləndi:
  • - Berfada niyə danışmırsan, adın Berfadadır, eləmi?
  • Berfada - hə-deyincə, qadın dilləndi:
  • Mənim adım Qamardır, yəqin unutmamısan.
  • Berfada dərindən yanıqlı ah çəkdi, əlini qadının dizinə qoyub dedi:
  • - Bacı heç elə şey olar, əlbətdə adının Qamar olduğunu unutmamışam.
  • Hər ikisi gecənin qaranlığında zorən gülümsündülər,
  • Qamar yenidən sual etdi:
  • Berfada yolun haradır, körpə uşaqla təkbaşına har gedirsən?
  • Berfadaaçıq danışmalı oldu.
  • -Bilmirəm.
  • Necə yəni bilmirəm, bu nə deməkdir?
  • - Hansı böyük şəhər mənə və övladıma qucaq açsa, o şəhərə gedirik.
  • Qamarda Berfada kimi hara gedəcəklərini bilmirdi. Sadəcə Berfadadan fərqi onda idi ki, o əri Farazla Kabula oradan isə Qəndəhara getməyi planlaşdırırdılar. Hətta eyni taleyi yaşayırdılar. Qamarında yaxınları, qardaşı, atası öldürülmüşdü. Günün birin də ölüm növbəsinin Farazıda haqlıyacağını anladıqlarından kənddi tərk edərək Qəndəhara getməyə qərar vermişdilər. Buna onları gözləyən ölümdən qaçdıqlarını da demək olardı.
  • Qamar ürəyində Berfadanın halına acıdı. İstədi ona birlikdə Qəndəhara getməyi təklif etsin. Ancaq tez də fikrindən vaz keçdi. Bu barədə Farazla məsləhətləşməyi düşündü. Ona görə də dillənmədi, susdu. Ani sonra Berfadanın səsi eşdildi:
  • Uşaqlarınız haradadır?
  • Qamar yanıqlı ah çəkib, ağlar səslə dedi:
  • Biçarə balalarımı anamın yanında qoyduq. Əgər özümüzə bir yer tapa bilsək, uşaqları da yanımıza gətirəcəyik.
  • Yenidən Berfada sual etdi:
  • Neçə uşaqdı?
  • 4 uşaqdı, ikisi qız, ikisi oğlandı. Anam çox zirək qadındır. Onları saxlayacaq.
  • - Neçə yaşları var ki?
  • Böyük oğlumun 9, kiçik qızımın isə 3 yaşı var. Ortancıl oğlumun 6, qızımın isə 4 yaşı olacaq.
  • - Hə çox balacadılar. Axı onlar anasız necə nəfəs alacaq, necə yaşayacaqlar?
  • - Başa düşürəm onlar üçün anasız ağır olacaq. Lakin başqa çarəmiz yoxdur. Balalrım mənə əzidir, ancaq Farazı da itirmək istəmirəm.
  • Berfada dərin fikrə getdi. Öz-özünə sənin Farazın var, mənim isə Savurmu vəhşilə əlimidən alıb, uşağımı atasız, məni isə dul qoydular…
  • Bu arada maşında sakitlik yaranmışdı. Sərnişinlər bir-birinə -xəta sovuşdu- deyə az qala bir-birini təbrik edirdilər. Hətta bayaq ki, cavan taciq - əclaflar arvad, uşağa hücum çəkirlər, belə cəsarətlisinizsə açıq meydana çıxın-deyə qəzəbini ifadə etdi. Küncdə oturub, tərpənməyən kişilər cavan taciqin sözlərini dəstəkləyib, - hə düz deyirsən-dedilər. Başını şərflə bağlamış yaşlı kişi təhqrə keçdi:
  • - Bu silahlı quldur dəstələrini bir-bir tutub, asmaq lazımdır
  • Yenidən cavan taciq dilləndi:
  • -Narahat olmayan hakimiyyət onların hamısını məhv edəcək.
  • Cavan taciq danışdıqca hökumət adamı olduğunu nümayiş etdirirdi. Sərnişinlərdə onun ötkəm danışığından sadə bir kəndçi olmadığını anlamışdılar. Ona görə də, fağır kənd adamları onun hər sözünə- bəli düz deyirsən, haqlısan, onları məhv etmək, asmaq, öldürmək lazımdır-deməklə cavab verirdilər. Berfada bu söz-söhbətlərə qarşmırdı. O öz aləmində idi, düşünür, götür-qoy edir, gedəcəyi şəhərdə ilk öncə nə edəcəyini, hara yaxınlaşacağını fikirləşirdi. Onu Qamarın- ay qız səninləyəm, nə fikrə getməsin- sözləri ayıltdı. Berfada çaşqın halda Qamara baxdı, sakit səslə dedi:
  • - Heç nə olmayıb. Sadəcə düşünürəm ki, sənin uşaqların üçün çox çətin olacaq. Elə anan üçün də asan olmayacaq.
  • Qamar dərindən yanıqlı ah çəkib, gözlərini Mirana dikdi. Berfada hiss etdi ki, uşaqlarına görə, Qamar ağlayacaq. Ona təskinlik verməyə çalışdı:
  • - Narahat olma. Tez bir vaxtda özünüzə iş-güc qurub, övladlarınız da yanınıza gətirib, birlikdə olarsınız.
  • -Allah ağzından eşitsin bacım- deyə Qamar söylədi. Sonrada qarğış yağdırmağa başladı:
  • -Allah baiskarın evini dağıtsın, yurdunu viran qoysun. İmkan verdilər ki sakitçə həyatımızı yaşayaq...
  • Qamar çiyninə arxadan əl dəydini görüb, susdu. Çevrilib, arxaya baxdı, Faraz idi. Qeyr-ixtirı sağ əlini Farazın onun çiyninə qoyduğu əlinədən tutub, ayağa qalxdı. Birlikdə maşının sol küncünə çəkilib, berfadaya baxa-baxa danışdılar. Onların bu söhbətləri bir neçə dədiqə çəkdi. Az sonra Qamar Berfadaya yaxınlaşıb, onun bərabərində oturdu. Hər iki əlini ovucu arasına alıb, bacı məhəbbəti ilə dedi:
  • - Faraz etiraz etmir, istəsən bizmlə Qəndəhara gedə bilərik.
  • Sonrada ərklə əlini berfadanın çiyninə qoyuib, Farazı tərifləməy başladı:
  • -Baxmada kişi xeylağıdı, ora –bura girib, çıxar və bizə bir yol açar, iş -güc yaradar, çörək qırıntısı da olsa tapıb, qarnımızı doyuzdurar.

Berfada bu təklifi dəyərləndirmək üçün çox fikirləşmədi:

- Yox əziz bacım, bizə görə narahat olmayın. Siz gedin, yolunuz açıq olsun.

Qamar duruxdu. Təəccüblə onun solğun çöhrəsinə baxıb dedi:

- Berfada təkəbbür və qürur yeri deyil, oğlunu fikirləş. Sən cavan qadın, uşağında körpə. Anlamırsan ki, siz vəhşi heyvanların olduğu cəngəlliyə üz tutursunuz?

Berfada ay işığında Qamarın gözlərinə baxdı, titrəyən dodaqlarını süzdü. Tövrünü pozmadan, əvvəlki ötkəmliklə dedi:

- Mənim əziz bacım, bizə görə narahat olmayın, Miran fərasətli kişidi. O özünün və anasının qayğısına qalmağı bacaracaq.

Qamar Berfadanın son sözlərindən gülümsündü, sol əli ilə Miranın başına sığal çəkib, dedi:

- Yaxşı necə istəyirsən elə də olsun, israr etməyəcəm. Allah böyükdür və hər kəsin ruzusunu verən, himayəsinı təşkil edəndir. İnşəAllah ki, hər şey ürəyinizcə olacaq.

-Çox sağ ol mənim gözəl bacım, Allah sizə də yar və yardımçı olsun.

Qamar ətrafındakılardan - deyəsn Kabul şəhərinə çatırıq sözlərini eşidincə berfada ilə xudufizsləşməyin vaxtı çatdığını anladı. Onu bərk-bərk qucaqlayıb, göz yaşları içində ona təskinlik verməyə çalışdı- sən çox iradəli, səbrli və qorxmaz qızsan, çətinlikləri dəf edəcyinə ümidm böyükdür.

Qamar son sözlərini söyləyərkən özü də anlayırdı ki, tək, cavan qadın olan Berfada üçün açılacaq növbəti səhər çox çətin olacaq. Ürəyindən keçirdiyi narahatçılıqlarını Berfadaya çatdırmaqdan çəkindi. Gücü və imkanı ancaq qaranlıq tunelə daxil olmaqda olan cavan qadına uğurlar arzulamağa çatdı. Berfada Qamarı anlasada, bir söz demədi, susdu. Maşının ləngər verib, işıqlı bir ərazidə dayandığı məlum olunca, sərnişinlər bir-bir ayağa qalxıb, maşından ətrafı seyr etdilər. Berfada Qamarın köməyi ilə qucağında körpəsi ilə oturduğu döşəmədən ayağa qalxıb, maşının taxta bortundan əli ilə tutub, sağa sola boylandı. Ətraf da işıqlar közərirdi, müxtəlif rəngdə və markada maşınlar magistral yolla şütüyürdülər, insanlarda müxtəlif istiqamətlərə hərəkət edirdilər. - Sənin üçün yeni həyat başlayır Berfada-deyə ürəyinin döyüntüləri ilə dodaqlarının altında pışıldadı. Farazın səsi eşidildi:

Qamar uşağı al qucağına, mənə ver, sizdə aşağı enin, artıq vaxt keçir, bir azadan Qəndəhara gedən avtobus yola çıxmalıdır.

Berfada Farazın sözlərini eşidincə nəzərlərini ətrafdan çəkib, Qamarın Miranı onun qucağından götürməsinə imkan yaratdı. Daha sonra birlik də aşağı endilər. Artıq sərnişinlərin böyük hissəsi sürücü və digər sərnişinlərlə sağollaşıb, getmişdilər. Çox az adam qalmışdı. Faraz Berfadanın üzünə baxmadan- bacım bəlkə bizmlə gedəsən, burda sənə və körpənə çətin olar-deyə son dəfə ona təklif etdi. Lakin Berfada - çox sağ olun qardaş, Qamar bacıma da təşəkkür edirəm- deməklə bu mövzuda söhbətə nöqtə qoydu. Lakin təklifə rədd cavabını verəkən içindən son ümid çırağınında söndüyünü anladı. Dərk etdi ki, artıq sonuncu tanışaları ilə yolları ayrılır. Bundan sonra onun üçün yad şəhər, tanımadığı insanlar olacaq. Qamar onun boynunu qucaqlayanda hıçqırtı səsi eşitdi, hiss etdi ki, qız ağlayır. O da sakit dayana bilmədi, göz yaşları işində xudafisləşməkdə olduğu Qamarın yanaqlarından öpüb, -çox sağ ol əziz bacım –deməklə uşağı Farazdan alıb, sağollaşdı. Aralananda Qamarın səsini eşitdi:

  • Berfada görsən ki, sənə çox çətindir, qayıt kəndə.
  • Berfada susmaqla, sanki bundan sonra geri dönüş yoxdur-fikrini çatdırdı. Bunu Qamarda anladığından ona sonuncu məsləhətini verdi:
  • Əgər vəziyyət düşündüyündən də ağır olsa o zaman məsçidə üz tut, bəlkə orada bir yatacaq yer tapa bildin.

- Oldu-deyə Berfada geri çevirilib bacı məhəbbəti ilə Qamara baxdı, əl edib, bir daha onların hər ikisinə uğurlu yol arzuladı. Qamar - sənə də uğurlu yol-söyləyərkən Berfada artıq yolun kənarındakı kol-kos basmış çığıra doğru addımladığından onun sözlərini eşitmədi ...

(Ardı var)

İLHAM ƏLİYEV

Digər xəbərlər