Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketin”in və "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi Şirkətin”in ölkəmizdəki filialları və "Körpü-Bina-Tikinti" MMC-nin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramının icrası işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aktiv məşğulluq proqramlarını diqqətə çatdırıb. O, işəgötürənlərlə sıx əməkdaşlıqda həyata keçirilən bu proqramların getdikcə daha da genişləndirildiyini vurğulanıb. Görüşdə işğaldan azad olunan ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması sahəsində görülmüş işlər, bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.
Belarus əsas xarici təchizatçı oldu...
Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...
Qara dəniz limanlarının bağlanması səbəbindən...
Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...
Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...
Heç kim risk etmək istəmir...
Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...
Neft emalı xüsusilə ağır zərbə aldı...
Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…