PDF Oxu

İqtisadiyyat

  • 3 014

Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmə sessiyası işə başlayıb

Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşmə sessiyası işə başlayıb

Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) illik məsləhətləşməsilə bağlı sessiyası işə başlayıb. Tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Konfrans Mərkəzində hibrid formatda keçirilir. SİA xəbər verir ki, Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Baş katibi Yung Tae Kim sessiyanı giriş nitqi ilə açıb.ITF-nin institusional əlaqələr və sammit rəhbəri Mari Krass qrumun beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrindən və qarşıdan gələn Zirvə toplantılarından danışacaq.Ölkəmizi illik məsləhətləşmədə səfir Leyla Abdullayeva təmsil edir və o, Azərbaycanın 2026-cı il ITF sədrliyinin prioritetlərini təqdim edərək, Azərbaycanın sədrliyi dövründə qurumun hədəfləri və əməkdaşlıq istiqamətlərindən danışacaq.Sessiyada qlobal nəqliyyat siyasətinin formalaşmasında mühüm rol oynayan beynəlxalq dialoqun növbəti mərhələsi müzakirə olunur.Qeyd edək ki, 2007-ci ildən bəri keçirilən bu məsləhətləşmələr dünya üzrə 60-dan çox beynəlxalq, hökumətlərarası və qeyri-hökumət təşkilatını bir araya gətirərək nəqliyyat sektorunda əməkdaşlığı gücləndirməyi hədəfləyir. Əsas tematik istiqamətləri müzakirə etmək məqsədi daşıyan bu platforma 2025–2027-ci illəri əhatə edən “Nəqliyyatın davamlılığı” trilogiyasının mərkəzində dayanır. Tədbirdə beynəlxalq və hökumətlərarası qurumlar, maliyyə institutları, sənaye birlikləri, tənzimləyici orqanlar, tədqiqat mərkəzləri və həmkarlar ittifaqları kimi dəvət olunmuş təşkilatların nümayəndələri iştirak edirlər.Tədbirdə həmçinin, ITF Katibliyi təşkilatın davamlı nəqliyyat üzrə araşdırmalarını təqdim edəcək və iştirakçılarla potensial əməkdaşlıq imkanlarını müzakirə edəcək. Bu sessiyada 2026-cı il sammitinin əsas mövzuları təqdim olunacaq. İştirakçı təşkilatlar nəqliyyat sektorunun maliyyələşdirilməsi ilə bağlı öz təkliflərini və baxışlarını bölüşəcəklər. Sessiya çərçivəsində tərəfdaş təşkilatlar üçün geniş əməkdaşlıq imkanları təqdim ediləcək.

Digər xəbərlər

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...

Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi
Şoxin rus şirkətlərinə 2027-ci ildə işçi qüvvəsini azaltmağa icazə verdi

Rusiya Sənayeçi və Sahibkarlar Birliyi (RSPP) Rusiyada işsizliyin artacağını proqnozlaşdırdı...

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib
Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

Rusiya vətəndaşlarının Rusiyanın ÜDM-nin təxminən 20 faizini banklara və mikromaliyyə təşkilatlarına borcu var...

Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir
Rusiyada benzinlə bağlı vəziyyət çox ciddiləşir

Yaxın günlərdə bunun Nijnekamsk, Perm və Tümenə də çatma ehtimalı yüksəkdir…