Çinin elektrikli avtomobil ixracı Yaxın Şərqdəki müharibənin neft qiymətlərinin artmasına səbəb olması fonunda rekord səviyyəyə yüksəlib. Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına görə, Çin avtomobil şirkətləri oktyabr ayında xarici ölkələrə 582 min elektrik və hibrid avtomobil satıblar.
Elektrikli avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 144,7 faiz artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. ABŞ-İsrail-İran müharibəsinin neft qiymətlərində yaratdığı artımın elektrik və hibrid avtomobillərə tələbatı yüksəltməsi bu sahəyə böyük investisiyalar yatıran Çin avtomobil şirkətlərinə qlobal bazarda üstünlük qazandırır.
CPCA-nın məlumatlarına Çində istehsal edilərək ixrac olunan avtomobillərlə yanaşı, Çin avtomobil markalarının xarici ölkələrdəki zavodlarında yığılaraq həmin bazarlarda satılan avtomobillər də daxildir.
Lalə Mehralı
Çinin regionda öz maraqları var...
... Çətinlik Rusiya Federasiyasının ən azı yeddi bölgəsinə təsir edib...
Maliyyə köpüyü partlaya bilər və bu da ölkədə böyük bir böhrana səbəb ola bilər...
Pekin fundamental iqtisadi problemlərinin səbəblərini səhv şərh edir...
İşlənmiş dizel mühərriklərinin Rusiyaya idxalı səmərəsizdir...
ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...