Tarixən zamandan və məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq, hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olub. Bu məsələ müasir dövr üçün də öz aktuallığını itirməmiş, əksinə, daha da ciddi hal almaqdadır. Yəqinliklə demək olar ki, istənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əihalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin ərzaq təhlükəsizliyi məsələsini daim diqqət mərkəzində saxladığını və bu məsələnin gələcək nəsillər üçün olduqca vacib və aktual olduğunu bildirib:
- Ümummilli liderimiz Heydər Əliyev ərzaq təhlükəsizliyi məsələsini özünün dövlətçilik strategiyasının əsas elementləri hesab etmişdir. Bu gün isə, ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Elə bu baxımdan, regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən birinci Dövlət Proqramı böyük uğurla başa çatmışdır. Bu böyük inkişafın davamı olaraq ölkə Prezidenti İlham Əliyev 14 aprel 2009- cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Artıq bu gün yeni Dövlət Proqramının icrasına başlanılıb. Əminliklə demək olar ki, ikinci Dövlət Proqramının icrası da ərzaq təminatı sahəsində ciddi nailiyyətlərə səbəb olacaqdır. Eyni zamanda, dövlət rəhbərinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" da uğurla icra olunur və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.
Millət vəkili Aydın Mirzəzadə: " Azərbaycan qloballaşan dünyanın bir hissəsidir"
- Son dövrlərdə yer kürəsində baş verən ekoloji və klimatoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su resurslarının erroziya proseslərinin sürətlənməsi, habelə, dünya əhalisinin artım tempi ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi çağırışlara səbəb olmuşdur. Ərzaq məhsullarına tələbatın artım tempi ilə mövcud istehsal resursları arasında yaranan kəskin fərq artan dünya əhalisinin ərzaq təminatında bir sıra problemlər vəd edir. Son məlumatlara əsasən hazırda dünya əhalisi 6,7 milyard nəfəri ötmüş və 2050-ci ildə onların sayı 9,2 milyard nəfərə çatacaqdır. Təbii ki, əhalinin artım tempi özlüyündə ərzağa tələbatın artım tempini müəyyən edir, digər tərəfdən isə, bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Bildiyiniz kimi, bu gün Azərbaycan Avropa Birliyinə və inkişaf etmiş dünyaya inteqrasiya yolunu seçmişdir. Qeyd etmək lazımdır ki, bu yolda xeyli uğurlar əldə edilmiş və hazırda işlər bu templə davam etdirilməkdədir. Respublikanın qanunvericilik və hüquqi-normativ bazasının Avropa Birliyinin qanunvericiyliyinə uyğunlaşdırılması, respublikanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə əlaqədar sanitar və fitosanitar tədbirlərin modernləşdirilməsi və s. üçün xeyli işlər görülür. Həmçinin, Azərbaycanda ərzaq keyfiyyəti və qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin müasirləşdirilməsi də olduqca aktualdır və həmin tədbirlər sırasındadır. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının daxil olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarə edilməsi sistemlərinin və nəzarət mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas vəzifələrdən biridir. Lakin qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin modernləşdirilməsi xeyli vaxt, vəsait, bilik, informasiya, səriştə və bacarıq tələb etdiyi üçün qabaqcıl təcrübənin öyrənilməsi, Azərbaycan şəraitində səmərəli işləyə biləcək mexanizmlərin tətbiq edilməsi üçün seçim edilməsi və uyğun olanların təbliği üçün əsaslar yaradılması olduqca vacibdir.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...