PDF Oxu

İqtisadiyyat

  • 7 499

"2003-cü ildən bu yana iqtisadiyyat sahəsində uğurlu addımlar atılıb" - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"2003-cü ildən bu yana iqtisadiyyat sahəsində uğurlu addımlar atılıb" - İQTİSADÇI-EKSPERT AÇIQLADI

"Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra xüsusən də milli liderimizin dövründə formalaşmış iqtisadi baza yeni mərhələyə qədəm qoydu. İqtisadiyyatın və "Əsrin müqaviləsi" çərçivəsində Azərbaycana daxil olan vəsaitlərin qeyri-neft və eləcə də sosial proqramların maliyyələşdirilməsi, o cümlədən büdcənin fiskal ehtiyaclarının ödənilməsinə yönəldilməsi nəticə etibarilə iqtisadiyyat üçün yeni imkanlar yaradıb". Bu sözləri SİA-ya açıqlamasında deputat, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.Onun sözlərinə görə, nəticədə Azərbaycan iqtisadiyyatı məhz həmin dövrdə həm ümumdaxili məhsulun həcmi, eləcə də büdcə gəlirlərinin artımı baxımından yaddaqalan oldu: "Belə ki, məhz bu dövrdə Azərbaycanın ümumdaxili məhsulu üç dəfədən artıq çoxalıb, qeyri-neft sektorunda artım tempi 2,9-dur. Büdcə gəlirləri praktik olaraq həmin müddətdə 20 dəfəyə yaxın artıb".Vüqar Bayramov sözlərinə belə davam edib: "Eyni zamanda, çox vacib məqamlardan biri Azərbaycanın regionda strateji mövqeyinin möhkəmlənməsi ilə bağlı idi. Belə ki, həm artıq Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 60 faizindən çoxunu formalaşdırıb, eyni zamanda aparıcı ölkələrin Cənubi Qafqazda ən böyük tərəfdaşı Azərbaycandır. O cümlədən, Avropa birliyinin Cənubi Qafqaz və ticarət dövriyyəsinin 70 faizindən çoxu Azərbaycanın payına düşür. Eləcə də Çin, Rusiyanın, Cənubi Qafqaz ölkələrinin ticarət dövriyyəsinin təxminən yarısını da Azərbaycan formalaşdırır"."Sözsüz ki, 44 günlük müharibədə əldə etdiyimiz zəfər, həm də Azərbaycan iqtisadiyyatı və eyni zamanda Azərbaycan iqtisadiyyatının tamlaşması, uzun müddət işğal altında olan torpaqlarımızın iqtisadiyyata reatraqrasiyası baxımından da yeni mərhələ və imkanlar yaradıb. O baxımdan da beynəlxalq maliyyə qurumları tərəfindən də növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar pozitivdir və xüsusən də daha sürətli iqtisadi artımın olacağı proqnozlaşdırılır".

Ayşən Vəli

sia.az

Digər xəbərlər

Avropa Rusiya qazına “krest” qoyub
Avropa Rusiya qazına “krest” qoyub

Heç kim Kremldən enerji asılılığına qayıtmaq niyyətində deyil…

Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib
Kreml Krım körpüsünün bərpası üçün vaxt çərçivəsini deyə bilməyib

Yolla birlikdə çökən 227 metrlik polad tağ ən çətin element idi...

Reuters: Rusiyada neft emalı 45 faiz azalıb
Reuters: Rusiyada neft emalı 45 faiz azalıb

Ukraynanın hücumları səbəbindən ruslar yenidən yanacaq çatışmazlığı ilə üzləşirlər...

“Rusiya yanacaqsız qala bilər”
“Rusiya yanacaqsız qala bilər”

Krım körpüsünə edilən hücumlar Rusiya Federasiyasının zəif tərəflərini üzə çıxarır...