İqtisadiyyat

  • 2 564

Azərbaycanın Avropaya qaz ixracı 2 dəfə artırıla bilər - RƏSMİ

image

Avropada qaza yüksək tələbat Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün ikiqat artırılmasına təkan verə bilər.Bunu SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.O bildirib ki, TAP AG konsorsiumu bununla əlaqədar olaraq bazar sınaqları keçirir:"Bu müddət ərzində TAP potensial tədarükçülərdən təkliflər alır və onları proqnozlaşdırılan tələbə əsasən nəzərdən keçirir. Bu ilin yayında konsorsium 2022-ci ilin yayınadək davam edəcək növbəti bazar sınaqlarının başladığını elan edib. TAP həm Azərbaycandan "Cənub Qaz Dəhlizi" ilə, həm də digər mənbələrdən, məsələn, mayeləşdirilmiş təbii qaz cəlb edə bilər. Əgər təkliflər kommersiya baxımından səmərəli olsa qaz kəmərinin buraxılış gücünün artırılması ilə bağlıı müvafiq qərar qəbul edilə bilər. İllik 10 milyard kubmetr buraxılış gücünə müəyyən həcm əlavə oluna bilər. Söhbət maksumum iki dəfə artırılmadan gedir. Qaz kəmərinin indiki konfiqurasiyasına uyğun olaraq artıq tam gücünə çatdığını, və Avropada təbii qaza artan tələbatı nəzərə alsaq, hesab edirəm ki, bazar sınaqları ümidverici nəticələr verə bilər".İ.Əhmədov əlavə edib ki, Azərbaycanda növbəti illər ərzində ixrac qazının əlavə mənbəyi ola biləcək bir sıra perspektiv strukturlar işlənilir:"Azərbaycanda neft və qazın əsas hissəsi dənizdə hasil olunur. Dərinsulu yataqların işlənməsi uzunmüddətli prosesdir. Adətən, bundan əvvəl məhsulubn satışı barədə qərar qəbul olunur ki, bu qərar da təbii qazın və nəqlinin fiziki xüsusiyyətləri əlaqədardır".

sia.az

Digər xəbərlər