İqtisadiyyat

  • 2 306

“Aylıq təqaüd və müavinətlərdə artım var” - İQTİSADÇI ŞƏRH ETDİ

image

“Sözsüz ki, ölkədə fəaliyyət göstərən sistem formalaşdırıcı dövlət qurumlarının idarəetməsindəki problemlər mütəmadi olaraq tariflərə yenidən baxılmasına gətirib çıxarır. Dövlət başçısı dəfələrlə sistem formalaşdırıcı dövlət qurumlarının idarəedilməsindəki problemlər barədə konkret olaraq öz iradlarını bildirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, doğrudan da o iradların nə dərəcədə obyektiv olması bu gün açıq-aşkar görünməkdədir: “Bununla yanaşı, şübhəsiz ki, ölkədə reallaşdırılan sosial siyasət nöqteyi-nəzərdən kifayət qədər dayanıqlı trendlərin şahidi oluruq. Belə ki, 3 il və 3 ildən artıq çox müddətdə ölkədə reallaşdırılan sosial siyasət, sosial müdafiə sahəsindəki şəffaflığın həyata keçirilməsi xeyli dərəcədə xarici iqtisadi təsirləri, pandemiyanın təsirlərini yumuşaltmış oldu. Eyni zamanda, sosialyönümlü siyasət tariflərin yüksəlməsinin mənfi nəticələrini xeyli dərəcədə yumuşaltmış olur”.

Elşad Məmmədov sözlərinə belə davam edib: “Ötən illər ərzində ölkədə minimum əmək haqqı 2 dəfəyə yaxın artmışdı. Bir o qədər də aylıq təqaüd və müavinətlərdə artım var. Eyni zamanda, büdcə təşkilatlarındakı 50 faizlik əməkhaqqı bütövlükdə ölkədə əməkhaqqı fondunun artımına şərait yaratdı. Ölkədə orta əməkhaqqı 40 faizə yaxın artmışdı”.

“Eyni zamanda, ən mühüm məqamlardan biri odur ki, büdcə təşkilatlarındakı əməkhaqlarının artımı bütövlükdə iqtisadiyyatda əməkhaqqı fondunun artımını sitimullaşdırır, ona şərait yaradır və biz görürük ki, əməkhaqqı fondunun milli gəlirə münasibətində müsbət dəyişikliklər kifayət qədər açıq şəkildə görünür. Bu da sevindirici haldır”.

“Beləliklə, ölkədə ardıcıl sosial müdafiə istiqamətindəki siyasətin həyata keçirilməsi bir çox neqativ proseslərin qarşısını almaqdadır və bu siyasət bundan sonra da ardıcıl şəkildə davam etdirilməlidir”.

“Qeyd etmək lazımdır ki, ölkə Prezidentinin bu gün imzaladığı sərəncama görə, hökumətə tapşırılır ki, növbəti ilin büdcəsində xeyli dərəcədə müavinətlərin, pensiyaların, əməkhaqqının artırımı nəzərdə tutulsun. Bu da birdaha onu deməyə əsas verir ki, Azərbaycanda sosialyönümlü siyasət davam etdiriləcək və neqativ iqtisadi halların qarşısının alınması nöqteyi-nəzərdən dövlət başçısının rəhbərliyi ilə effektiv tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Eyni zamanda, biz görürük ki Azərbaycanda sosial sahəyə istiqamətlənmiş xərclərin artırılması, bir çox iqtisadi və sosial problemlərin qarşısını ala bilər. Həm dövlət başçısı, həm aidiyyatı hökumət qurumları səviyyəsində sosial müdafiə siyasətinin möhkəmləndirilməsi açıq-aşkar görünür və düşünürəm ki, bu tədbirlər ardıcıl şəkildə davam etdirilməlidir”.

Ayşən Vəli

Digər xəbərlər