Müsahibə

  • 8 932

Rusiyalı ekspert: Moskva Ermənistana yox, Azərbaycan və Türkiyəyə üstünlük verir – MÜSAHİBƏ

image

Azərbaycanlı cərrahın Ermənistanda insanların həyatını necə xilas etməsi haqda Şurıginin xatirələri

Tanınmış rusiyalı hərbi ekspert və publisist Vladislav Şurıgin “Caliber” analitik mərkəzində müsahibəsində ermənilərin azərbaycanlılara qarşı etnik nifrəti

- 35 il əvvəl Ermənistanda dağıdıcı zəlzələ baş verdi. Bildiyimizə görə, Vladislav Vladislavoviç, siz fəlakət zonasında olmusunuz və yəqin ki, xatırlayırsınız Azərbaycan da bu faciəyə biganə qalmayıb. Daha sonra bu faciə ilə bağlı “Zavtra” (Sabah) qəzetində yazdığınız xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Bəli, həqiqətən də hərbi jurnalist kimi Ermənistanda fəlakət zonasında olmuşam. Və mən Leninakan xəstəxanasında çalışan bir azərbaycanlı hərbi cərrahın yaralanan ermənilərə necə kömək etdiyinin şahidi oldum. Artıq o zaman ermənilərlə azərbaycanlılar arasında ciddi gərginlik yaranmışdı və yeri gəlmişkən, həmin azərbaycanlı cərrah mənə maraqlı bir hadisə danışmışdı. Onun sözlərinə görə, ayaqları sınmış yaşlı erməni onu əməliyyat edənin erməni deyil, azərbaycanlı olduğunu biləndən sonra birbaşa əməliyyat masasından tullanmaq istəyib.

- Yəni, 1988-ci ilin dekabrında Ermənistanda anti-Azərbaycan isteriyası artıq tüğyan edirdi?

- Deyə bilərəm ki, bəli, tam olaraq.

- Erməni təbliğatı var gücü ilə azərbaycanlıların Ermənistandakı zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirakı faktını təkzib etməyə çalışır. Özünüz xilasedicilər arasında azərbaycanlıları görmüsünüzmü?

- Ermənistanda azərbaycanlı xilasedicilərin olduğu təyyarənin qəzaya uğramasından sonra Moskva onları ora göndərməmək qərarına gəldiyi üçün Spitakda mütəşəkkil qüvvə kimi azərbaycanlı yox idi. Amma çox güman ki, keçmiş İttifaqın başqa yerlərindən gələn xilasedicilər arasında azərbaycanlılar da olub.

- Güman etmirsiniz ki, Ermənistana gedən azərbaycanlı xilasedicilərin olduğu təyyarə, ümumiyyətlə, pis hava şəraiti səbəbindən qəzaya uğramayıb?

- Yox, güman vermirəm. Təyyarəni vurmaq mümkün deyildi. Daha doğrusu, bu, pis hava şəraiti ilə bağlı idi və pilotlar təəssüf ki, barometrik yüksəkliyə çata bilməyiblər.

- Hər halda, Azərbaycanın bu xoşməramlı jesti Ermənistanda müsbət qarşılanmadı. Üstəlik, ermənilər indi də Rusiyaya qarşı qarayaxma nankorluqlarını nümayiş etdirməkdə davam edirlər. Sizcə, Ermənistan, nəhayət, tamamilə Qərbə üz tutacaq?

- Bilirsiniz, mən Ermənistanın bütün hərəkətlərinə, fəaliyyətinə kifayət qədər laqeyd yanaşıram və anlayıram ki, o, indiki formada heç bir dəyəri ifadə etmir. Qərbə getmək onun hüququdur, lakin Ermənistanın sonrakı liderlərinin bu işi davam etdirəcəyinə əmin deyiləm. Ermənilər özlərini böyük bir Avropa ailəsinin bir hissəsi kimi hiss etmək istəyirlər və daim vurğulayırlar ki, onların Fransa və ABŞ-da nəhəng icmaları var, lakin iqtisadiyyatı olmayan bir ölkə üçün büllur körpülər tikmək mənasızdır. Ermənistanın yeganə çıxış yolu var- Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və “İpək Yolu” sisteminə, Türkiyə, Gürcüstan və Avropaya gedən transsərhəd nəqliyyat dəhlizlərinə inteqrasiya etməkdir.

- Aİ-nin Ermənistandakı missiyası genişləndirilir. Bu İrəvana nə verir?

- Nikol Paşinyan Aİ-dən müəyyən qədər pul alacağını gözləyir və görünür, Rusiyaya meydan oxuyaraq Qərblə rəqs etməyin ona qızıl yağışları yağdıracağına inanır. Amma Ermənistana Qərbin ehtiyacı olub-olmadığı açıq sualdır. Açığı, ən yaxşı halda Türkiyəyə qarşı əlaltı kimi. Amma Ermənistan Qərbə getsə, bu, bizim üçün böyük itki olmayacaq. Türkiyə və Azərbaycanla əlaqələri saxlamaq bizim üçün daha vacibdir.

- Afrikadakı ciddi uğursuzluqlardan sonra Fransa gözünü Qafqaza dikdi. Bu bölgədə onu nə gözləyir?

- Belə olan halda gündə 200 kq portağal yeməyə qadir olan bir fil haqqında deyim yadıma düşür. Bir fil yəqin ki, bu payı yeyərdi, bəs onu kim verərdi? Paris ən azı bir neçə əsrdir ki, ciddi mövqe tutduğu Afrikadan qovulur və əslində, heç kim onu ​​Qafqaza buraxmayacaq. Ermənistanda mikroskopik mövcudluq Fransanın ən yaxşı halda öz qürurunu təmin edəcək və burada real təsir göstərə bilməyəcək. Bölgənin gələcəyini təyin edəcək 3 əsas oyunçu var- Rusiya, Türkiyə və Çin. Azərbaycan isə regional güc kimi tamamilə müstəqil siyasət yürüdən öz maraqları çərçivəsində bu 3 oyunçu arasında balansı qoruyacaq.

- Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması ehtimalını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bazarlıq predmeti olmadığı üçün bu ehtimal kifayət qədər yüksəkdir. Azərbaycan bütün ərazilərini geri aldı, Qarabağda hərbi xunta məğlub oldu. Belə bir deyim var: sülhə həmişə uduzan tərəf ilk imza atar və bildiyiniz kimi, bu, Ermənistandır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər