Srağagün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Azərbaycana qarşı ittihamlar səsləndirib. Amerika tərəfinin əsəbiliyinin səbəbi Azərbaycanın Qarabağda noyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirləri olub. O'Brayen Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edib. Dövlət Departamentinin nümayəndəsi bildirib ki, sentyabrın 19-dan sonra ABŞ və Azərbaycan arasında münasibətlər əvvəlki kimi olmayacaq və rəsmi Bakı Yerevanla sülh məsələsində konstruktiv mövqe tutmayana qədər Vaşinqton Azərbaycana hərbi və digər yardımları dayandırır.
Bunun fonunda Rusiya Xarici İşlər Nazirliyi İrəvana qarşı görünməmiş tənqidlə çıxış edir. Moskva Ermənistan rəhbərliyinin qərbli dostlarının “yaxşı” məsləhətləri sayəsində Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılmasına dair razılaşmaların dəfələrlə pozulmasını qeyd edir. İrəvan Ermənistan hakimiyyətinin Avrasiya strukturundan böyük fayda əldə edərkən iki kürsüdə- Aİİ və Qərbdə əyləşməkdə ittiham olunur. Moskva Ermənistan tərəfini Qarabağ erməniləri ilə bağlı saxta xəbərlərdə günahlandırır, eyni zamanda onun rəsmi Bakıya qarşı mövqeyini qınayır. Bakı ilə razılaşdırmadan Ermənistan-Azərbaycan sərhədində yerləşən Aİ missiyasını xatırladır. Qeyd edilir ki, Qərbin Ukrayna ilə bağlı strategiya iflasa uğradığından “Ermənistanın boğazından möhkəm yapışıb”.
Bakı ABŞ-ın sərt bəyanatlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək görüşdən imtina edərək, ABŞ-ın uzun müddət erməni separatizminin sponsoru olduğunu bildirib.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Moskva-Baku” portalına müsahibəsində Cənubi Qafqaz ətrafında geosiyasi ehtirasları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Sergey Aleksandroviç, niyə birdən-birə ABŞ-dan Azərbaycana qarşı belə misli görünməmiş tənqidlər (hətta konkret qərarlar da) oldu... Azərbaycan Qərbə nədə mane olur?
- O, heç nəyə mane olmur, bəlkə də həddindən artıq suverenliyindən başqa... Mən düşünmürəm ki, Qərb indi anti-Azərbaycan şəkildə sərt hərəkət etsin. Dövlət Departamenti nümayəndəsinin anti-Azərbaycan bəyanatları ABŞ-ın İrəvanı öz dəstəyinə maksimal dərəcədə inandırmaq və Ermənistanın ictimai rəyini maksimum dərəcədə öz tərəfinə çəkmək məqsədilə həyata keçirdiyi bir məşqdir.
Gələcəkdə ABŞ konkret hərəkətlərlə Azərbaycana qarşı yeni kampaniyaya başlaya bilər, bu da istisna deyil. Hələlik bunlar ermənipərəst bəyanatlardır və Ermənistanda ən çox Azərbaycan və Türkiyəyə nifrət edilməsinə yönəlib.
Buna görə də, mənim fikrimcə, ABŞ tərəfindən bu, daha çox oyun və uydurmadır. Amma bütün bunlarla hər şey ABŞ-ın Ermənistan ərazisinə öz ordusunu və müşahidəçilərini yerləşdirməsi ilə bitə bilər. Onlar Ermənistanı tam nəzarətə götürmək istəyirlər. Onda başqa planlar da qurmaq olar... Məsələn, Azərbaycan nefti və qazı onlar üçün dadlı loxmadır. Amma Azərbaycan müstəqil dövlətdir. Özünü manipulyasiya etməyə imkan verməyəcək.
- ABŞ-ın Rusiyadan ayrılmaq müqabilində Ermənistan üçün görünməmiş təhlükəsizlik yastığı hazırladığına dair məlumatlar var...
- Düşünürəm ki, Ermənistan və Qərb üçün hər şey plana uyğun gedir. Mən deyərdim ki, bu gün Nikol Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdıraraq Qərbə tərəf döndərmək üçün Qarabağın itirilməsi ilə bağlı yaranmış təpkidən maksimum yararlanmaq niyyətindədir. Və biz İrəvanın mütəmadi olaraq verdiyi bəyanatları görürük ki, bu da müvafiq fon yaratmalıdır.
Paşinyanın strategiyası Rusiyanı kəskin hərəkətlərə və mənfi reaksiyaya sövq etməkdir: o və komandasının nümayəndələri MDB iclasına getmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasına getmir, Ermənistanın KTMT təlimlərində iştirakından imtina edir. Fransa və Avropa strukturları Ermənistanı dəstəkləyən bəyanatlar verir, hətta aksiyalar da edirlər. Hamısı gözləyirlər ki, Rusiya yumruqla masaya vurub bəyan etsin ki, sərt reaksiya verəcək ki, bu qədər, Ermənistan artıq müttəfiq deyil. Paşinyan isə sadəcə olaraq Moskvanı belə reaksiyaya sövq etmək istəyir ki, o, özünü incimiş kimi göstərsin və bəyanatlardan hərəkətə keçsin- məsələn, KTMT-ni tərk etsin.
Məncə, bu planı ötən ilin payızında Paşinyan və Makron hazırlayıb. Amerika məntiqi isə fransızlarla üst-üstə düşür. İndi İrəvanın məqsədi bəyanatları ilə Rusiyanın sərt reaksiyasına səbəb olmaqdır. Qərb Ermənistandan Rusiyaya zərər vermək üçün istifadə etmək istəyir. Bu cəbhələrdən biridir.
Ermənistan xalqı Rusiya Federasiyasına düşmən münasibət bəsləmir. Əhali arasında yüksək səviyyədə anlayış var ki, Ermənistanın Rusiyadan qopması respublikaya ağır zərbə vura bilər. Əhali Paşinyanın onlara təklif etdiyi böyük dönüşdən qorxur. Ona görə də Ermənistanın baş nazirinin Ermənistandakı əhval-ruhiyyəni dəyişməsi vacibdir. O, yıxılacağından qorxur. Ona görə də hər gün anti-Rusiya bəyanatları ilə təxribat törədir.
Rusiya inteqrasiya strukturlarını- Aİİ və KTMT-ni yaradıb. Amerikalılar isə indi Paşinyandan istifadə edərək bu inteqrasiya strukturlarına zərbə vurmağa çalışırlar.
Düşünmürəm ki, Rusiya rəhbərliyi Ermənistanı tənqid etməyə məcburdur. Bu gün Ermənistanın Rusiyadan çıxması mövzusu obyektiv olaraq mövcuddur və çox aktualdır.
- Əgər Ermənistan KTMT-dən çıxsa, hakimiyyət ölkənin təhlükəsizliyinin təmin olunmasını texniki cəhətdən necə təsəvvür edir?
- Öz ərazisində Fransa və Amerika bazalarının açılmasını hesablayır. Amerikalılar hərbi baza açmaqdan sadəcə məmnun olacaqlar, çünki o, eyni zamanda təkcə Rusiyaya, qismən Azərbaycana qarşı deyil, həm də İrana qarşı hərbi baza olacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb