MİA

  • 6 011

Mixail Belyayev: Azərbaycan ŞƏT və BRİKS ilə bağlı uzaqgörən siyasət nümayiş etdirir – MÜSAHİBƏ

image

Rusiyalı politoloq, tanınmış iqtisadçı alim Mixail Belyayev Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitinin niyə tarix yazması və bu prosesdə Rusiya və Azərbaycanın hansı yeri tutması barədə “Moskva-Baku” portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

- Mixail Kimoviç, Rusiya, Azərbaycan, Çin, Türkiyə liderlərinin və digər dövlət başçılarının iştirak etdiyi Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Astanada keçirilən sammitində Vladimir Putin çoxqütblü dünyanın artıq reallıq olduğunu söylədi və ŞƏT-in ədalətli çoxqütblü dünya nizamının əsas sütunlarından biri kimi öz rolunu gücləndirdiyini dedi. Bu gün ŞƏT Rusiya və Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?

- Astanada keçirilən ŞƏT sammitini, eləcə də yeni formatda olan “ŞƏT plus” sammitini müəyyən dərəcədə tarixi və ya ən azı, suverenlik dövründə gələcəyin tarixi geosiyasi və geoiqtisadi proseslərini ifadə edən, müstəqil siyasət yürüdən ölkələr birləşdirən platforma olduğunu qeyd etmək olar. Sammitdə Rusiya, Çin, Azərbaycan, İran, Mərkəzi Asiya ölkələri və Yaxın Şərq liderləri bir araya gəlib. Belə bir zirvə ilə tarix yazılmağa davam edir desək, mübaliğə olmaz. Bu gün dünyanın daha da necə inkişaf edəcəyinə qərar verilir. Dünyada gedən geosiyasi və geoiqtisadi proseslərin mərkəzi Qərbdən Şərqə, Şimaldan Cənuba doğru hərəkət edir. İnkişaf mərkəzi ora köçür. Və bu gün BRİKS kimi Şanxay Əməkdaşlıq Təşkilatı da bu proseslərdə mərkəzi beynəlxalq strukturlardan birinə çevrilir.

Gördüyümüz kimi, ŞƏT və BRİKS ilə bu və ya digər formada əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı getdikcə artır. Son illər Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin sayı sürətlə artıb. Hazırkı sammitdə Belarus təşkilata üzv ölkə olub.

ŞƏT-ə bu gün dünya nizamının gələcək inkişafının liderləri və hərəkətvericiləri olan ölkələr daxildir, bunlar Rusiya və Çindir. Həmçinin struktura öz potensialı olan və bu lokomotivlərə qoşulmaq və bundan praqmatik fayda əldə etmək istəyən dövlətlər dövlətlər var.

ŞƏT və BRİKS bu gün güc mərkəzləri kimi inkişaf edir. Bununla belə, mən onları Qərbə qarşı mərkəzlər adlandırmazdım. ŞƏT-in sammitində liderlərin qeyd etdiyi kimi, Şanxay Əməkdaşlıq Təşkilatı ətrafında dövlətlərin birliyi heç kimə qarşı yönəlməyib. Lakin bu, formalaşmaqda olan dünya nizamının beynəlxalq sütunlarından biridir.

Təbii ki, bu güc mərkəzi bütün istiqamətlərdə - təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə inkişaf tələb edir.

Qəbul edilmiş Astana Bəyannaməsində ŞƏT-in inkişafı ilə bağlı planlar müəyyən edilib. Şanxay Əməkdaşlıq Təşkilatı dövlətlərini və qlobal təhlükə yaradan strukturlarla sıx qarşılıqlı fəaliyyətdə maraqlı olanların hamısını birləşdirmək vəzifəsi var. Nəqliyyat və logistika layihələrinin həyata keçirilməsini son dərəcə vacib sahə kimi qeyd edərdim. Bu istiqamətdə qarşılıqlı fəaliyyət ŞƏT ölkələrinin və təşkilatın tərəfdaşlarının malik olduğu üstünlükləri reallaşdırmağa imkan verəcək.

ŞƏT çərçivəsində dövlətlərin yaxınlaşması, Şərqə vektor olması, Qlobal Cənub ölkələrinin ön plana çıxması Qərbin dünyada lider olmaqdan çıxdığı bu gün obyektiv şəkildə formalaşan qlobal tendensiyalardır. Bu o demək deyil ki, bu gün yaranan yeni mərkəz Qərblə qarşılıqlı əlaqə qurmaq niyyətində deyil. Bəzi Qərb ölkələrinin ABŞ və Aİ-nin indiki siyasətini bəyənmədiyini görürük. Buna misal olaraq Azərbaycanla çox yaxşı münasibətləri olan Macarıstanın baş naziri Viktor Orbanı göstərmək olar, Rusiya Federasiyası ilə Qərb arasında qlobal münaqişənin hökm sürdüyü indiki şəraitdə Rusiya ilə konstruktiv münasibətlər qurmağa çalışır. Və çox əlamətdardır ki, o, bu gün Avropa Şurasının hazırkı sədri kimi Ukrayna ətrafında yaranmış vəziyyətdə sülhün bərqərar olmasına təsir göstərməyə çalışır. Rusiya ilə Qərb arasında konstruktiv dialoqa nail olmaq üçün.

Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin arasında yerləşməyə məhkumdur. Bu gün isə o, Cənubi Qafqaz regionunda bütün sahələrdə şəksiz liderdir. Xəzər regionunda liderlərdən biridir.

Bu, nəqliyyat dəhlizlərinin- Çinin iştirak etdiyi Orta Dəhlizin, həminin Rusiyanın iştirak etdiyi Şimal-Cənub dəhlizinin reallaşdırılması baxımından son dərəcə vacibdir.

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya və Azərbaycan liderləri arasında həm ölkələrin inkişafı baxımından, həm də çoxqütblü dünyanın qurulması baxımından mühüm əhəmiyyət kəsb edən çoxlu mühüm görüşlər baş tutdu.

Vladimir Putinlə İlham Əliyevin görüşünü qeyd etməmək mümkün deyil. Liderlər bir daha təsdiq etdilər ki, iki ölkə arasında müttəfiqlik sözdə deyil, əməldə baş verir. Əsas diqqət Rusiya və müəyyən mənada Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Şimal-Cənub nəqliyyat dəhlizinə yönəldilib.

Bu gün Rusiya ilə Azərbaycan arasındakı münasibətlər də çoxqütblü dünya quruculuğunun tərkib hissələrindən biridir. İki dövlət arasında əməkdaşlıq təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də daha geniş mənada sabitləşdirici amildir. Həm qlobal təhlükəsizlik arxitekturası baxımından, həm də iqtisadi proseslər baxımından. Hər iki ölkə Qlobal Cənub ölkələri ilə əlaqələri dərinləşdirmək siyasəti yürüdür.

Sammitdə Putin, Əliyev və Çin lideri Si Cinpin arasında ayrıca görüşlər də olub. Və Rusiya ilə Çin arasındakı münasibətlər bugünkü Azərbaycan və Çin münasibətlərində olduğu kimi, bəlkə də tarixin ən yüksək səviyyəsinə çatıb. Vladimir Putin yenidən dövlət başçısı seçildikdən sonra ilk səfərini Çinə edib. Ötən il Çin Xalq Respublikasının rəhbəri Rusiyaya səfər edib. Bu çox şey deyir.

Son illər Azərbaycan və Çin ardıcıl olaraq müxtəlif istiqamətlərdə- ilk növbədə “Bir kəmər, bir yol” nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq məsələsində, Orta Dəhlizdə çox intensiv razılaşırlar. Bakı və Pekində “yaşıl” enerji sahəsində əməkdaşlıq haqqında ciddi işlər aparılır. Əliyevlə Si Cinpinq arasında Astanada Şanxay Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində danışıqlar zamanı liderlərin Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalaması, bəlkə də çoxdan gözlənilən və proqnozlaşdırılan hadisə idi. Bu, bir daha Azərbaycanın siyasətinin bu gün nə qədər uzaqgörən olduğunu, dövrün meyillərinə nə qədər həssas olduğunu, gələcəyə nə dərəcədə diqqət yetirdiyini və həm ölkə üçün, həm də Azərbaycanın beynəlxalq aləmdəki statusu baxımından müsbət nəticə verdiyini bir daha sübut edir.

Azərbaycanın BRİKS-ə qoşulmaq və ŞƏT-də yeni yüksək status almaq niyyətində olması da Bakının zamana uyğun uzaqgörən qərarıdır. Bakı heç vaxt səbəbsiz heç bir təşkilata qoşulmur. Və əgər Azərbaycan belə bir qərar qəbul edirsə, bu o deməkdir ki, o, super kalibrlənmişdir, sözün əsl mənasında ən xırda təfərrüatına qədər, bu o deməkdir ki, Azərbaycan Respublikasının rəhbərliyi bunda böyük üstünlüklər və imkanlar görür. Eyni şey Çinlə münasibətləri strateji səviyyəyə qaldırmaq qərarına da aiddir. Axı, Bəyannamədə çox mühüm bir məqam öz əksini tapıb - Azərbaycan və Çin bir-birinin maraqlarını qoruyacaq. Eyni şey Azərbaycanın 2022-ci ildə Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltmək qərarına da aiddir. Azərbaycan bu gün çoxqütblü dünyanın qurulmasında fəal iştirak edir. Azərbaycan Respublikasının bütün sadalanan siyasi addımları Bakının dövlətin hərtərəfli möhkəmlənməsinə yönəlmiş ağıllı, uzaqgörən, praktiki siyasətinin növbəti sübutudur.

Rusiya və Çin ŞƏT və BRİKS-ə daxildir. Türkiyə də BRİKS və ŞƏT-ə qoşulmaq niyyətindədir. Azərbaycanın da qoşulmağa qərar verməsi məntiqlidir.

ŞƏT sammitindən dərhal sonra Şuşada Türk Dövlətləri Təşkilatının zirvə toplantısı keçirildi və orada Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin rəhbərləri də iştirak edirdi. Azərbaycan həm də TDT-də aparıcı dövlətlərdən biridir. İlham Əliyev bildirib ki, bu struktur güc mərkəzlərindən birinə çevrilməlidir. Burada isə Azərbaycan özünü aparıcı ölkə kimi aparır, strukturun inkişafına maliyyə ayırır. Rusiya da TDT-də status alsa, bu, Rusiyanın həm daxili, həm də xarici siyasətini nəzərə alaraq məntiqli olardı; Və Azərbaycan bu gün də müəyyən mənada Rusiya ilə, məsələn, müsəlman ölkələri arasında körpü rolunu oynayır.

-ŞƏT-in sammiti ilə paralel olaraq Minskdə Belarusun Müstəqillik Günü münasibətilə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, və Özbəkistan hərbçiləri iştirak edirdi. Məlumdur ki, dövlətlər paradlarda iştirak etməkdə kifayət qədər diqqətlidirlər... Burada isə Çin, Azərbaycan...

- Təbii ki, bunlar faktlardır. Təkcə siyasi və iqtisadi əməkdaşlığa deyil, həm də hərbi əməkdaşlığa hazırlığın göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin maraqlarını kimin müdafiə edəcəyinin göstəricisidir. Axı ŞƏT-in sonuncu sammitində Belarus da bu struktura qəbul edilib. Ümumiyyətlə, Rusiya siyasətindən danışırıqsa, o, postsovet ölkələri ilə renessansa can atır. Ancaq bəziləri ümumi tendensiyalardan fərqlənir.

Ermənistan, məsələn, ŞƏT-in tərəfdaşı olsa da, sammitə getmədi. Baxmayaraq ki, bu sammitdə bu və ya digər dərəcədə dünyada siyasi və iqtisadi proseslərin gələcəyi müəyyənləşdi.

Bundan başqa, Ermənistan Minskdəki paradda iştirakdan imtina edib. Tutaq ki, biz burada İrəvanın Belarusla bu yaxınlarda başlayan münaqişəsinə istinad edə bilərik. Amma ŞƏT sammiti çərçivəsində parad və görüşlər keçirilərkən Ermənistanın baş naziri Yerevanda Amerika nümayəndə heyətini qəbul edirdi, Ermənistan paytaxtında isə Ermənistan-Aİ münasibətlərinə həsr olunmuş konfrans keçirilirdi.

Bütün bunlar diqqət yetirilməli hadisələrdir. Ermənistan iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət aldığı gündə dərhal razılaşdı. Ermənistan və ABŞ bu yaxınlarda münasibətlərin səviyyəsini strateji səviyyəyə yüksəldib.

Ermənistanın indiki rəhbərliyi niyə məhz bu yolu seçdi, cavabım yoxdur. Amma bunların respublikanın özünün gələcəyi üçün ağlabatan olmayan hərəkətlər olduğu aydındır. Ermənistan Respublikası 180 dərəcə dönüş edib. Amma biz bunu bir fakt kimi, bəlağətli fakt kimi qəbul etməliyik. Fikrimcə, bu şərtlər daxilində Rusiya çətin ki, Ermənistanı tərəfdaş, nə də müttəfiq kimi qəbul edə bilər. Ermənistanın özü belə siyasət yürütmək qərarına gəlib və üstəlik, Rusiya Federasiyası ilə növbəti qarşıdurmaya səbəb olur. İkitərəfli münasibətlərin istiləşməsindən və yaxın gələcəkdə möhkəmlənməsindən danışmağa belə dəyməz.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər