Dmitri Solonnikov: İrəvan indi də Rusiyanı işğalçı kimi göstərməyə çalışır və özünə saxta tarix uydurur, belə getsə, Rusiyanı erməni soyqırımında ittiham edəcəklər
Belə görünür ki, İrəvanın Qərbin istəkləri fonunda Ermənistan-Rusiya münasibətlərindəki gərginlik Ermənistan tərəfinin tarixi yenidən yazmaq və Rusiyanı işğalçı kimi təqdim etmək cəhdləri səbəbindən daha da pisləşə bilər. Erməni KİV-ləri xəbər verir ki, respublika hökuməti 8-ci sinif üçün “Ermənistanın tarixi” adlı yeni dərsliyi təsdiqləyib və bu dərslikdə 1828-ci ildə “Şərqi Ermənistanın Rusiya imperiyasına birləşməsi” “işğal” kimi qeyd olunub. Dərsliyin 6.1-ci fəsli “Rusiyanın Şərqi Ermənistanı işağlı” adlanır. Həmçinin dərslikdə 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra imzalanmış Türkmənçay müqaviləsi Rusiya imperiyasının işğalı kimi təqdim olunur.
Bu arada tarixi reallıq ondan ibarətdir ki, heç vaxt “şərqi Ermənistan” mövcud olmayıb və Türkmənçay müqaviləsində də Qarabağ və Naxçıvan xanlıqlarının Rusiyaya birləşdirilməsindən bəhs edilir. Ermənilər Azərbaycan torpaqlarına məhz Kürəkçay, Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra gətirilib. Görünən odur ki, Ermənistanda belə absurd şəkildə Rusiyadan uzaqlaşaraq Qərbin qanadı altına girmək üçün “tarixi” əsas tapmağa, eləcə də beynəlxalq ictimaiyyətə belə bir mifi sırımağa çalışırlar ki, emənilərin guya Cənubi Qafqazda hansısa öz dövlətləri var imiş.
Rusiya Müasir Dövlət İnkişaf İnstitutunun direktoru Dmitri Solonnikov Ermənistanın son anti-Rusiya hərəkətinin səbəbini “Caliber” analitik mərkəzinə şərh edərkən bildirib ki, Ermənistanın Soros və Qərb fondlarından idarə olunan hazırkı hakimiyyəti ardıcıl olaraq tarixi yenidən yazmaq yolu ilə gedir.
“Obrazlı desək, Ermənistanın simasında yaxşı tələbə külli miqdarda pul müqabilində Qərb müəllimlərinin tapşırıqlarını qüsursuz yerinə yetirir. Biz çox gözəl görürük ki, Soros bütün dünyada tarixi necə yenidən yazır, onun ideologiyası və yeni dünya nizamı naminə şərhi gənc nəslin beyninin yuyulması üçün əsas cərəyana çevrilir. Bu, Şərqi Avropada, Ukraynada, Moldovada, indi də Ermənistanda baş verir. Deməli, İrəvanın vəzifəsi Ermənistanın əsl düşməninin məhz Rusiya olduğunu və onu tarixən işğal etdiyini göstərməkdir. Bu baxımdan mən istisna etməzdim ki, ermənilərin fikrincə, “erməni xalqının soyqırımında” Rusiyanın da günahı olacaq.
Artıq biz görürük ki, Böyük Vətən Müharibəsindən sonra Hitlerin silahdaşları kimi məhkum edilmiş erməni faşist kollaboratorları- o cümlədən Qaryagin Njde- Ermənistanın qəhrəmanlarına çevrilib. Bu, erməni cəmiyyətinin şüuruna saxta tarixi yeritmək üçün hazırlanmış yeni formatdır. Və əslində nə baş verdiyinin əhəmiyyəti yoxdur, de-yure və de-fakto Ermənistan yox idi, amma Qarabağ və İrəvan xanlıqları var idi, bütün bunlar vacib deyil. Sorosun diktəsi ilə tarixi faktların heç bir mənası yoxdur. Əksinə, siz dünya siyasətinin subyektlərini tarixdən silə, yeni qəhrəmanlar, yeni hadisələr uydura bilərsiniz, bu normaldır və bu, şüurun yenidən formatlaşdırılmasından başqa bir şey deyil. Ermənistanda ümumi savadsızlıq və implantasiya edilmiş yeni formullara tab gətirməyə və onları sevinclə qəbul etməyə, özünə xəyanət etməyə hazır olmaqdan fəal şəkildə istifadə olunur. Ermənilərin əsas məqsədi Rusiyanı düşmən edib, Avrasiya İqtisadi İttifaqından çıxandan sonra Moskvadan təzminat tələb etmək, onu Beynəlxalq Məhkəməyə verməkdir.
Hesab edirəm ki, Ermənistanın indiki rəhbərliyi də məhz bu yolla gedəcək, Rusiya buna ciddi hazırlaşmalıdır. Nəzərinizə çatdırım ki, bir sıra ölkələrdə, məsələn, Macarıstanda olduğu kimi, Sorosa əhalinin beynində eksperimentlər aparmağa imkan verməyən liderlərə qarşı vəhşi nifrət yaradılır. Biz görürük ki, Ermənistan rəhbərliyi belə bir eksperimentdən imtina etmir və əhali bu avantüra ilə razılaşır ki, bu da yenə onların seçimidir. İnanıram ki, erməni cəmiyyətinin şüurunun manipulyasiyası davam edəcək və bu da öz növbəsində bu ölkədə istənilən təxribatların və gözlənilməz hərəkətlərin riskini artıracaq”,- deyə D.Solonnikov yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb