MİA

  • 29 624

Azərbaycan-İran əməkdaşlığı: potensial və perspektivlər - ANALİZ

image

Prezident: Azərbaycan ilə İran arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər var

Dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsi qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran münasibətlərinin əsas təməlini təşkil edir. Dostluq əlaqələrimizin bugünkü yüksək səviyyəsi otuz illik dövrdə ölkələrimizin birgə fəaliyyətinin nəticəsidir.

SİA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Prezident Seyid İbrahim Rəisiyə təbrikində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bu illər ərzində çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, əldə edilən razılaşmalar və həyata keçirilən birgə layihələr siyasi, iqtisadi, nəqliyyat, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımızın dinamik inkişafında mühüm rol oynayıb.

Təbrikdə daha sonra deyilir: “Mən Azərbaycan ilə İran arasındakı müntəzəm siyasi dialoqu və bir sıra sahələrdəki işbirliyimizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu gün qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. Şübhəsiz, tarixi, əzəli torpaqlarımızın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran dövlət sərhədinin bərpası müxtəlif sahələrdəki mövcud potensialdan tam şəkildə yararlanmağa, nəqliyyat-kommunikasiya dəhlizlərinin gerçəkləşdirilməsində birgə iştiraka əlverişli şərait yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Biz ölkənizi təmsil edən şirkətlərin də yaxın gələcəkdə bu prosesdə iştirakını görməkdən məmnun olardıq”.

Prezident İlham Əliyev məktubunda xalqlarımızın mənafelərinə və ölkələrimizin maraqlarına xidmət edən Azərbaycan-İran münasibətləri bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə inamını ifadə edib.

İranla Azərbaycan münasibətləri müstəqilliyimizin ilk illərindən başlayıb. Müəyyən vaxtlarda bəzi siyasi anlaşılmazlıqlar olsa da, 2 ölkənin əməkdaşlığı ümumən çox yaxın qonşuluq və dostluq münasibətləri üzərində bərqərar olub.

Dünyanın və regionun güclü dövlətlərindən olan İranla daha yaxın dostluq və əməkdaşlıq bizim dövlət maraqlarımız və milli mənafelərimiz üçün son dərəcə vacibdir. Eynilə də İran üçün bu, çox vacibdir.

Azərbaycan hakimiyyəti ən yüksək səviyyələrdə İrana qarşı heç bir cəbhədə yer almayacağını, cənub qonşusunun zərərinə olan heç bir addım atmayacağını bəyan edib. Həm Prezident Heydər Əliyev, həm də Prezident İlham Əliyev bunu dəfələrlə açıq bəyan ediblər və bu prinsipə də əməl ediblər.

İranla Azərbaycanı ayıran dəyərlərdən, birləşdirən dəyərlər daha çoxdur. İran azərbaycanlıların dünyadakı 2 ölkəsindən biridir. Bu ölkələrin xalqları həm dini cəhətdən eynidir, həm də mədəniyyət cəhətdən. İqtisadi sahələrdə də geniş əməkdaşlıqlar var lakin bu potensialdan xeyli aşağıdır. İran böyük sənaye və aqrar istehsal ölkəsidir.

İran Azərbaycanda bir sıra zavodların, fabriklərin açılmasını təşkil edib, avtomobil istehsalından tutmuş dırman istehsalına qədər. Eyni zamanda, dərman, ərzaq və qeyri-ərzaq gündəlik tələbat məhsularını İrandan çox ucuz qiymətə əldə etmək olar.

Azərbayan üçün isə İran çox nəhəng bir bazardır. Hazırda sanksiyalar tətbiq olundğundan iqtisadi-ticari əlaqələrdə çətinlik yaşayan İrana müxtəlif məhsulların ixracını təşkil etmək olar. Həm öz məhsullarımızı həm də re-eskport məhsullarını.

İşğaldan azad edilımiş Qarabağın bərpasında İran şirkətlərinin də fəal olacağı şübhəsizdir. İran bu bölgəyə təkcə infrastruktutun bərpası üçün deyil, həm də istehsal müəssisələrinin investisiyalar yönəldə bilər. Məsələn, dünyaca məşhur İran xalçalarının istehsal fabrikindən tutmuş, ərazidə böyük xammal potensialı olan dərman fabrikinə qədər.

Bundan başqa üçlük və altılıq formatlarında əməkdaşlığın da böyük perspektivləri var. Xüsusən də enerji və nəlqiyyat dəhlizləri cəhətdən. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəilə İran bizim ərazimizdən keçmiş SSRİ respublikalarına və Avropaya çıxış əldə edir. Biz isə İran vasitəilə Yaxın Şərq ölkələrinə. Böyük İpək yolunun əsas qollarından biri İrandan keçir. Bu yolla biz cənubi və cənub-şərqi Asiya ölkələrinə çıxış əldə edirik.

Tezliklə bərpa olunacaq Zəngəzur dəhlizi də İranla bağlıdır. Belə ki, hələ SSRİ vaxtından Culfadan İrana dəmiryolu xətti var. Bu dəhlizlə region ölkələri ilə geniş ticarət əlqələri qurmaq və xeyli ölkəyə birbaşa çıxış əldə edir.

Eyni zamanda İran öz neft və qazını Azərbaycanın mövcud boru xətləri vasitəsilə vasitəsilə qərb ölkələrinə çıxara bilər. Belə ki, Ukrayna böhranı ilə bağlı Avropanın təbii qaz və neft təchizatında yaranmış çətin vəziyyətdə İran neft-qazına da ehtiyac çoxalıb.

İki ölkə turizm sahəsində də əməkaşlığı genişləndirmək imkanlarına malikdir. Mədəni əlaqələri də həmçinin. Son vaxtlar bu sahələrdə də irəliləyişlər var. Pandemiya ilə bağlı müvəqqəti problemlərin yaranmasına baxmayaraq.

Göründüyü kimi, Azərbaycan və İran arasında əməkdaşlığın sahələri və perspektivi çox böyüdür və hər iki ölkə üçün son dərəcə faydalıdır. Son vaxtlar bu istiqamətdə xeyli işlər görülüb və bu işlərin davam edəcəyi şübhəsizdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər