PDF Oxu

Xəbərlər

  • 1 864

“Heydər Əliyev – Milli Dövlətçiliyimizin xilaskarı“ - FOTOLAR

“Heydər Əliyev – Milli Dövlətçiliyimizin xilaskarı“ - FOTOLAR

10 iyun 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında 15 İyun Milli Qurtuluş Günü münasibətilə “Heydər Əliyev – Milli Dövlətçiliyimizin xilaskarı“ mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatıları Elman Nəsirov , Məzahir Əfəndiyev , İqtisad elmləri doktoru, professor İrşad Kərimli, YAP Göyçay rayon təşkilatının və RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və partiya fəalları iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək 15 İyun Milli Qurtuluş Gününün böyük ictimai , siyasi və tarixi əhəmiyyətə malik bir gün və bu günün xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğuladı.

S.Şükürov qeyd etdi ki, XX əsrin sonlarında yenidən müstəqilliyi qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda son həddə çatdı, xaos və anarxiya respublikanı bürüdü.Vətəndaş müharibəsi təhlükəsi yarandı. Məhz belə çətin bir durumda Ulu öndər bütün çətinlikləri öz üzərinə götürərək xalqı bu bəladan xilas etdi, şanlı Qurtuluş tariximizi yazdı.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki yeri və əhəmiyyətindən, Azərbaycan xalqının ümummuilli lideri Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

Sonra çıxış edən Milli Məclisin deputatı, proffessor Elman Nəsirov bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş, nicat yolu başlayıb, bu böyük şəxsiyyətin Vətənin ağır günlərində Öz xalqının yanında olması insanların itmiş inamını qaytarıb, Onun qətiyyəti cəmiyyətdə böyük ruh yüksəkliyi doğurub.

Daha sonra çıxış edənlər İqtisad elmləri doktoru, professor İrşad Kərimli, Göyçay rayon Ulaşlı-Şıxlı kənd orta məktəbinin direktoru Aynur Mahmudova Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərin Azərbaycanın ən yeni tarixinə yüksəliş dövrü kimi yazıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə edilmiş böyük nailiyyətlərdən söhbət açıblar.Tədbirin sonunda 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Ulu Öndərin həyatı və yorulmaz fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Digər xəbərlər