Ukrayna mövzusu Avropada əsas müzakirə predmeti olaraq qalır. Artıq Ukrayna ilə bağlı məsələlər həttda məxvi şəkildə qapalı toplantılarda müzakirəyə çıxarılır. Danimarkada ciddi məxfilik şəraitində Ukraynadakı silahlı münaqişənin həllinə həsr olunmuş Sülh Konfransı keçirilib. "Armenpress" bu barədə xəbər yayıb. Qeyd olunur ki, konfransda bir sıra Qərb ölkələrinin nümayəndələri ilə yanaşı, Çin, Hindistan, Braziliya və Cənubi Afrika ölkələrinin diplomatları da iştirak ediblər. Bu ölkələr indiyə qədər əsasən Ukraynadakı döyüş əməliyyatları ilə bağlı neytral və ya təmkinli mövqe tutublar.
Bundan başqa “Ard” ictimai-hüquqi telekanalının məlumatına görə, bu ölkələrin Ukrayna ətrafında iştirakı ilə rəsmi sülh danışıqları iyul ayında baş tuta bilər. Danimarka KİV-lərinin də məlumatında deyilir ki, konfransın keçirilməsi təşəbbüsü Ukraynaya məxsusdur.
Mətləb Salahov