PDF Oxu

Siyasət

  • 1 289

Zəfərimizin ilk qığılcımı Aprel döyüşləri - FOTOLAR

image

Samux rayon Heydər Əliyev Mərkəzində Samux Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərimizin ilk qığılcımı Aprel döyüşləri” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Gəncə Dövlət Universitetinin müəllimi Şahin Xurşidov, şəhid atası Elçin Əsədov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev Aprel döyüşlərinin Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu döyüşlər xalqımızın mübarizə əzmini, ordumuzun gücünü və dövlət-xalq birliyini bütün dünyaya nümayiş etdirdi. O qeyd edib ki, məhz bu qələbə ruhu sonrakı uğurların, o cümlədən Vətən müharibəsində qazanılan möhtəşəm zəfərin əsasını qoydu.

Digər çıxış edənlər də Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycanın igid övladlarının göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edərək, bu zəfərin gələcək qələbələrimizin təməli olduğunu vurğulayıblar.

Eyni zamanda tədbir çərçivəsində Ara Film Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış, rejissoru Aydan Əhmədova olan və 2019-cu ildə lentə alınmış “Aprel Fərmanı” adlı sənədli film nümayiş etdirilib.

Tədbir gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edib.

Digər xəbərlər