PDF Oxu

Xəbərlər

  • 1 965

Makronu BRİKS sammitindən də qovdular!

image

Cənubi Afrika xarici işlər naziri Naledi Pandor Fransanı üzən açıqlamalarla çıxış edib. “Fransa prezidenti Emmanuel Makrona BRİKS-in avqust sammitinə dəvət göndərilməyib. Bu vəziyyətdə dəvətnamələr göndərilmədi" - afrikalı nazir 22-24 avqust tarixlərində Cənubi Afrikada keçiriləcək sammitə hazırlığa həsr olunmuş mətbuat brifinqində bəyan edib.

Bundan başqa, N.Pandor Hindistanın Baş naziri Narendra Modinin sammitə gəlməyəcəyini iddia edən bəzi KİV-lərin xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib. "Hindistanda heç kim onun iştirak etməyəcəyini deməyib" - nazir diqqətə çatdırıb. N.Pandor bildirib ki, sammitə İran prezidenti İbrahim Raisi dəvət olunub. "Onun gəlməsi üçün yaxşı bir şans var" deyir.

E.Makronun sammitə dəvət olunmaması Fransada şok effekti yaradıb. Hələ iyun ayında Fransa xarici işlər naziri Katrin Colonna, Fransa prezidentinin BRICS ölkələri ilə dialoqda maraqlı olduğunu söyləmişdi. Fransalı nazir bu qərardan sonra məsələyə daha aydın münasibət açıqlayıb:

"Mən həmkarım Naledi Pandora bildirdim ki, prezident mövcuddur və Fransanın BRICS ilə apardığı dialoqu davam etdirməkdə maraqlıdır", - Fransa mediası K.Colonun sözlərinə istinad edərək belə məlumatlar dərc ediblər. Deməli, Fransa dialoqu davam etdirməkdə “maraqlı” olsa da, görünür, qarşı tərəf E.Makronu sammitdə görmək istəmir.

Fransa XİN rəhbəri Makronun BRICS sammitinə dəvət edilməsi məsələsinə toxunaraq, qərarın BRICS ölkələri və əsasən, sammitin ev sahibi olan Cənubi Afrika tərəfindən verilməli olduğunu qeyd edib. Beləcə açıq-aşkar hamı görür ki, Fransanın olan-qalan nüfuzunu ayaqlar altına atan E.Makron artıq ən urvatsız və hörmətsiz xəttə yaxınlaşıb. Xüsusilə, Afrika qitəsində soyqırım və genosidlərlə “zəngin tarixə” sahib olan Fransa, hazırkı Yelisey sahibinin uğursuz və diletant siyasi kursunun acılarını da dadmağa başlayıb. Fransa artıq Afrika qitəsindən sürətlə ÇIXDAŞ edilir…

Mətləb Salahov

Digər xəbərlər