Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.
Əsas məsələ nəzarət metodlarıdır...
Həcc və Ümrə Nazirliyinin açıqlamasına görə, viza zəvvarlara verildiyi tarixdən etibarən 365 gün ərzində Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərə imkan verəcək...
Alimlər bir insanın 190 ilə qədər necə yaşaya biləcəyini izah edirlər. Bioloji həddlər genetik dəyişikliklərlə müəyyən edilir...