Xəbərlər

  • 1 606

"Zenit" Bakıya gəlir - "Neftçi" ilə yoldaşlıq oyunu üçün

image

"Neftçi" və "Zenit" arasında daha bir yoldaşlıq oyunu keçirəcək. Bu barədə “ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, qarşılaşmanın noyabrda təşkili planlaşdırılır. Klub rəsmisi hələlik danışıqların davam etdiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, "Neftçi" yayda Sankt-Peterburqda təşkil olunan "Matç TV" turnirində "Zenit"lə yanaşı, Serbiyanın "Srvena Zvezda" və Türkiyənin "Fənərbağça" komandaları ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi daha sonra Moskva "Spartak"ı ilə yoxlama görüşü keçirib.

Mətləb

Digər xəbərlər