Qadın həndbolçularımız 2024-cü il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayırlar.SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, milli komandamız ilkin təsnifat matçını səfərdə keçirəcək.Bu gün Skopye şəhərində təşkil olunacaq oyunda rəqib Şimali Makedoniya komandasıdır.Həndbolçularımız ardınca doğma azarkeşlər önünə çıxacaqlar. Komandamız oktyabrın 14-də “Bakı İdman Sarayı”nda İspaniya kollektivi ilə üz-üzə gələcək.Qeyd edək ki, millimizin qrupdakı digər rəqibi Litva kollektividir. Bu komanda ilə ilk oyun gələn ilin fevralın 28-də Bakıda olacaq.