Xəbərlər

  • 640

Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR

image

17 aprel 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən İdarə, müəssisə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiyada torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 900 ədəd ağac əkilib.Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Qeyd edək ki, il ərzində qəsəbələrin ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər