Xəbərlər

  • 957

Levandovski "Barselona"da tarixi rekorda imza atdı

image

Futbol üzrə İspaniya La Liqasının 33-cü turunda "Valensiya" ilə matç "Barselona"nın futbolçusu Robert Levandovski üçün əlamətdar olub. Polşalı futbolçu bu görüşdə het-trik edib. 35 yaş 253 günlüyündə olan hücumçu Kataloniya klubunun tarixində het-trik edən ən yaşlı futbolçu adını qazanıb.

Bunadək rekord Ladislav Kubala (33 yaş 267 gün) məxsus idi. Hazırda bu göstəricidə 3-cü yerdə Pyer-Emerik Obameyanq (32 yaş 247 gün), 4-cü pillədə isə Lionel Messidir (32 yaş 244 gün).

Mətləb

Digər xəbərlər