Xəbərlər

  • 1 302

"Baş verənlər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib"

image

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan mətbuatına açıqlamasında bildirib ki, Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib. “Tavuşda, Aşağı Əskipara (Voskepar), Bağanis Ayrım (Bağanis), Xeyrimli (Kirants) və Qızılhacılı (Berkaber) kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib.

Nəhayət, başa düşməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə yaxşı dəqiqləşdirilməsindən asılı olacaq. Bu, regionda mümkün eskalasiyanın qarşısını alacaq”, - Ermənistanın dövlət başçısı bəyan edib.

Mətləb

Digər xəbərlər