Həqiqət ondan ibarətdir ki, dünyada ədalətsiz yanaşma nümayiş etdirən dövlətlər var. Onlar yeni, müstəqil dövlətin dünya siyasətinə çıxmasını arzu etmirlər. Hər vəchlə çalışırlar ki, yeni formalaşan güc mərkəzinə qarşı kampaniya təşkil edib, onu kölgədə saxlasınlar. Azərbaycana qarşı bəzi özlərini aparıcı dövlətlər olaraq təqdim edən ölkələrin ikili standartlardan yanaşmalarını misal olaraq göstərmək olar. Azərbaycan torpaqlarını erməni işğalından azad etdikdən sonra ABŞ-ın, Avropanın qaranlıq dairələrinin başlarına daş, qarınlarına sancı düşdü. Başladılar ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa. Frank Şveber kimi nasistlərin lideri Hitlerin ideologiyası ilə "silahlanmış" məxluq Azərbaycanın AŞPA-da səsvermə hüququnun məhdudlaşdırılması layihəsi ilə çıxış etdi və özü kimi beyinləri zəhərlənmiş avropalı deputatların dəstəyi ilə istəklərini reallaşdırdılar. Yəni, qərəzli qətnamə qəbul etməyə nail oldular. Halbuki Azərbaycan 30 il işğaldan əziyyət çəkən dövlət olub. Bu gün də haqsızlığın acı nəticəsini yaşamaqdadır. Qərbi Azərbaycanlılar hələ də öz doğma yurd-yuvalarına qayıda bilmir, çünki Ermənistanın hakim rejimi min bir hiylə yaradır. Bu, ikili standartlar siyasəti və "səlibçilərin" fəlsəfəsi - azərbaycanlılar onlar üçün maraqlı deyil, xristian ermənilərin bütün cinayətlərinə isə göz yumulur. Qərəzli fikirlərinə, yersiz açıqlamalarına görə üzr istəməkdənsə, AŞPA-nın və ABŞ-ın qaranlıq dairələrinin başbilənləri yeni-yeni "nayomnik"lərini Azərbaycana qarşı səfərbər edirlər. Dağıdıcı müxalif məxluqların xarici maraqlı dairələrin əlaltısı rolunda çıxış etmələri daha çox diqqətçəkəndir. AXCP sədri Əli Kərimli açıq şəkildə ABŞ-ın və Fransanın qaranlıq dairələrinin mövqeyini ifadə edir. Halbuki, sözügedən dövlətlərin bəzi üzdəniraq vəzifəli şəxslərinin Azərbaycana qarşı qərəzli fikirləri, açıqlamaları Azərbaycan cəmiyyətində haqlı narazılıqlar yaradır. Bu yaxınlarda Fransanın daxili işlər naziri Cerald Darman Azərbaycana qarşı sərsəm, yersiz ittihamlarla çıxış edib. Nazir Cerald Darman Azərbaycanı Yeni Kaledoniyanın daxili işlərinə qarışmaqda və Sakit okean adasındakı iğtişaşlarla əlaqəli olmaqda ittiham edib. "Azərbaycana münasibətdə bu, fantaziya deyil, reallıqdır", - deyən nazir əlavə edib ki, Kaledoniyanın müstəqilliyinin tərəfdarlarının bir qismi Azərbaycanla razılaşma imzalayıb.
Əli Kərimliyə susması üçün pullar ödənilib
El məsəlidir, "öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir". Fransanın hakim rejimi dəfələrlə region da gərginlik yaratmaq üçün Ermənistandan bir alət olaraq istifadə etməyə çalışıb. Hətta burnunu Azərbaycanın daxili işlərinə soxmağa cəhd edib. Bir qədər əvvəl Fransanın Azərbaycanda casus şəbəkəsi ifşa olunub. Sual olunur, Fransanın, ABŞ-ın qaranlıq dairələrinə qucaq açan, onlarla əməkdaşlıq edən Ə.Kərimli niyə görə fransız casus şəbəkəsinin ifşa edilməsinə münasibət bildirməyir? Nədən Fransanın daxili işlər naziri Cerald Darman Azərbaycana qarşı sərsəm ittihamlarına etirazını bildirmir? Susması və özünü lal və kar kimi göstərməyə çalışması onu deməyə əsas verir ki, ya Ə.Kərimli həmin casus şəbəkəsinin içindədir, ya da Fransanın müəyyən şirkətlərindən, o cümlədən hökumət dairələrindən susması üçün maddi yardımlar alır. Necə ola bilər ki, hər xırda məsələyə münasibət bildirən, etiraz formasında açıqlamalar verən Ə.Kərimli Fransanın ermənipərəst fəaliyyətinə fikir bildirmir. Bu azmış kimi özünü hadisədən məlumatsız göstərməyə çalışır. Əminliklə demək olar ki, sabah Ə.Kərimli və ətrafında dolaşan trollar Azərbaycanın hansısa obyektini, binasını partlatsa, bu, heç də təəccüblü görünməyəcək. Çünki agentlik edən məxluqdan hər cür radikal addımların atıla biləcəyini gözləmək olar. Ona görə də, yaxşı olardı ki, Azərbaycan hüquq-mühafizə orqanları Ə.Kərimlinin və ətrafındakı trolların Fransanın agentura şəbəkəsi ilə əlaqələrini araşdırmalıdır. Əgər belə bir araşdırma aparılsa, müəyyən sübut və dəlillər aşkar etmək çətin olmayacaq.
İLHAM ƏLİYEV