PDF Oxu

Xəbərlər

  • 9

Cəriməni 3 gün ərzində ödəyən sürücülərə 10 faiz güzəşt ediləcək

Cəriməni 3 gün ərzində ödəyən sürücülərə 10 faiz güzəşt ediləcək
Milli Məclisdə "Yol hərəkəti haqqında" qanun layihəsinə təklif edilən dəyişikliklər müzakirə olunub. SİA-nın məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 85-ci maddəsinə 85-1 əlavəsi edilib. Onun sözlərinə görə, qanuna təklif olunan dəyişiklik inzibati xəta törətmiş şəxsə cəriməni müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vəsaitdən (POS-terminal) istifadə etməklə plastik kart vasitəsilə ödəmək imkanı verir. "Dəyişikliyə görə, yol hərəkəti qaydalarını pozan sürücülər haqqında bütün məlumatlar internet saytda yerləşdiriləcək. Sürücülər bununla da onlara yazılmış cərimə balları və məbləği ilə tanış ola bilərlər. Bundan başqa, yol polisi tərəfindən kəsilmiş cəriməni nəzərdə tutulmuş bir aydan tez, 3 gün ərzində ödəyən sürücülərə 10 faiz güzəşt ediləcək. Yəni cərimənin 10 faizi onlardan alınmayacaq". Müzakirəyə qatılan millət vəkilləri İqbal Ağazadə, Elmira Axundova və digərləri yol polisləri ilə bağlı bir sıra məqamları açıqlayıblar. Sonda qanun layihəsi qəbul olunub.

Digər xəbərlər