PDF Oxu

Xəbərlər

  • 15

"Azərbaycan ərazisində terror törətmiş ermənilər bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklər"

"Azərbaycan ərazisində terror törətmiş ermənilər bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklər"
"Azərbaycan ərazisində terror törətmiş insanlar var, hansı ki, onların əksəriyyətini təşkilatlanmış formada ermənilər təşkil edir, həmin qüvvələr bir gün ədalət məhkəməsi qarşısında cavab verəcəklər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Azərbaycan ərazisində ermənilər tərəfindən həyata keçirilən terroru pisləyən şöbə müdiri söyləyib ki, ölkə başçısının sərhəddə baş verən hadisələrlə bağlı tədbirlərin görülməsi ilə əlaqədar sənəd imzalamasına baxmayaraq digər tərəfdən Ermənistan Azərbaycan ərazisində təlimlər keçirir, sərhəd bölgəsinə snayperlər düzür. Bir neçə müddət bundan qabaq ermənilər tərəfindən 9 yaşlı Fariz Bədəlovun snayper tərəfindən öldürülməsi məsələsini xatırladan N. Məmmədov vurğulayıb ki, 9 yaşlı Fariz Bədəlovun onların snayperləri tərəfindən öldürülməsi ermənilər üçün böyük bir biabırçılıq idi: "Lakin çox təssüf ki, Ermənistan tərəfi bu cür hadisələrdən belə ibrət dərsi almır".
Açıqlaması zamanı bu gün Fransa Senatında qondarma "erməni soyqırımı" layihəsinin müzakirəsi ilə bağlı sualı da cavablandıran şöbə müdirinin sözlərinə görə, o yalnız onların qəbul etdiyi qərarlar qüvvəyə mindikdən sonra münasibət bildirə bilər: "Hələlik müzakirələr gedirsə, məsələ həll olunmayıb və ortada qərar yoxdursa, mənim münasibət bildirməyim düzgün olmazdı".

Digər xəbərlər