PDF Oxu

Xəbərlər

  • 15

Qadınlar zəriflik təcəssümüdür

Qadınlar zəriflik təcəssümüdür
Dünən YAP Gədəbəy rayon təşkilatı ilə RİH birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Sonra YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tədbirdə çıxış edərək bütün qadınları, o cümlədən, rayonun qadınlarını təbrik edib. R.Muradov müasir Azərbaycanda qadınlara olan münasibətlə bağlı fikirlərini də söyləyib: "Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.
Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər və cəmiyyətdə müxtəlif sahələrdə çalışırlar.
Gədəbəy rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev Azərbaycan qadınlarının siyasi cəhətdən də fəal olduğunu söyləyib. Q.Paşayev onu da vurğulayıb ki, bu gün qadınlarımızın istər dövlət, istərsə də digər strukturlarda təmsilçiliyi mövcuddur: "Cəmiyyətdə müəyyən streotiplər, fərqli yanaşmalar var ki, onların hamısını aradan qaldırmaq olduqca çətindir. Bunun üçün davamlı iş aparmaq lazımdır".
Tədbirdə YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Hüseynova da Azərbaycan qadınının ictimai-siyasi həyatındakı fəallığından danışıb və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dünya miqyasındakı fəaliyyətini xarakterizə edib.
Tədbir Gədəbəy rayon aşıqları və mədəniyyət işçilərinin bayram konserti ilə davam etdi.

Digər xəbərlər