"Bakı Dövlət Univerisitetində tələbə şəhərciyi bərpa olunsa, bu reytinq cədvəlindəki mövqeyimizə xeyli təkan verər"
Bu gün bizi ən çox düşündürən məsələ universitetlərimizin dünya reytinqlərində yer tuta bilməməsidir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov məlumat verib. O bildirib ki, universitetlərin reytinq cədvəlini müəyyənləşdirərkən bir çox məqamlar, universitetin uğurları ilə yanaşı, ali təhsil ocağının tələbə yataqxanası, tələbə həyatı haqqında məlumatlar tələb olunur. Rektor vurğulayıb ki, Bakı Dövlət Universitetinin də 500 ən yaxşı universitetlər sıiyahısına düşmək arzusu var və bu istiqamətdə çox ciddi addımlar atılır. Onun sözlərinə görə, doğrudan da Bakı Dövlət Univerisitetində tələbə şəhərciyi bərpa olunsa, qaçqınlar başqa evlərə köçsə, burada tələbələr məskunlaşsa və onların şəraiti yaxşılaşsa, bu reytinq cədvəlindəki mövqeyimizə xeyli təkan verər və biz qabağa çıxa bilərik.