PDF Oxu

Xəbərlər

  • 16

"Tehranın Azərbaycanla viza rejimini ləğv etməsi narkotik transferini sərbəstləşdirməyə xidmət edir"

"Tehranın Azərbaycanla viza rejimini ləğv etməsi narkotik transferini sərbəstləşdirməyə xidmət edir"
"Mən Azərbaycan vətəndaşlarını bundan sonra İrana getməməyə çağırıram". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin dünənki keçirilən iclasında deyib. O bildirib ki, Azərbaycandan İrana gedən azərbaycanlı gənclərin əksəriyyəti narkotik maddələrə cəlb olunur. Mİllət vəkilinin sözlərinə görə, statistikaya nəzər salsaq, görərik ki, bu gün İran regionda ən böyük narkotik maddə ixracatçısıdır. Zahid Oruc vurğulayıb ki, Tehranın Azərbaycanla viza rejiminin ləğv etməsi məhz buna xidmət edir: "Eyni zamanda İranın Gürcüstanla viza rejimini ləğv etməsi də buna xidmət edir. Nəzərə alsaq ki, Gürcüstanın xeyli hissəsində azərbaycanlılar yaşayır. İranın məqsədi azərbaycanlılar yaşayan yerdə narkotik maddələrin transferini sərbəstləşdirməkdir. Əks halda nə Azərbaycan, nə də Gürcüstan İran üçün o qədər də əhəmiyyət daşımır. İranın regionda yeritdiyi siyasətin başlıca məqsədi azərbaycanlıları fiziki şəkildə məhv etməkdir.

Digər xəbərlər