PDF Oxu

Xəbərlər

  • 7

"Azərbaycanda bolşevik təfəkkürlü siyasət aparan qüvvələr var"

"Azərbaycanda bolşevik təfəkkürlü siyasət aparan qüvvələr var"
Qarşıdan gələn parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi durum, yenilənmiş "Madrid prinsipləri" çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Alma-atı görüşü ilə bağlı Azərbaycan İslahatçılar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Səs" qəzetinə mövqeyini bildirib. Onun sözlərinə görə, ölkəmizdə parlament seçkilərinə çox ciddi hazırlıq gedir: "Təəssüf ki, Azərbaycanda bolşevik təfəkkürlü siyasət aparan qüvvələr var. Biz isə, çalışacağıq ki, siyasi fəaliyyətimizdə hansısa xoşagəlməz səhvlərə yer verməyək və bütün səylərimizi, siyasi platformalarımızı sərgiləyək və müxalifətin əsassız dedi-qodularına fikir verməyək".
Partiya sədri yenilənmiş "Madrid prinsipləri" əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı suala cavabında isə bildirib ki, çox müsbət hal kimi, qeyd etmək istəyirəm ki, bir sıra beynəlxalq təşkilatlarda, AŞPA-nın qəbul etdiyi qətnaməsi, İtaliya parlamenti, Avropa Birliyi və Avropa Parlamentində də artıq Azərbaycana qarşı olan təcavüz, təcavüzün yaratdığı problemlər barəsində dünya ictimaiyyətini məlumatlandırır: "Müəyyən qədər dünya maraqlıdır ki, münaqişə həll edilsin, Qafqaz ölkəsində sabitlik və sülh bərqərar olunsun. Bunun üçün də Ermənistan öz təcavüzünə son qoymalıdır. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Madrid prinsipləri də əsasən buna xidmət edən bir sənəddir".
Azərbaycan tərəfindən yenilənmiş Madrid prinsiplərinin qəbul olunduğunu diqqətə çatıran millət vəkili Asim Mollazadə dediklərinə onu da əlavə edib ki, Ermənistan beynəlxalq ictimaiyyətə yenə də meydan oxumaqda davam edir: "Əminən ki, bir çox ölkələrin Ermənistana təzyiqləri öz nəticəsini verəcəkdir".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Alma-atı görüşündən gözləntilərinə də toxunan partiya sədri Azərbaycan bu görüşdə də öz mövqeyini, sülhə olan meyilliliyini ifadə edəcək. Düşünürəm ki, Ermənistan yenidən yox cavabı verib, danışıqları uzatmağa davam edəcəksə, artıq beynəlxalq qınağa çevriləcəkdir.

Digər xəbərlər