Milli Məclisdə “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi müzakirə olunacaq
Milli Məclisin növbəti iclaslarının birində "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarlıcaq. Bu barədə parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Z.Səmədzadə bildirib ki, bu sənəd Azərbaycanda pul vəsaitlərinin dövriyyəsinin tənzimlənməsində, sahibkarlığın inkişafında, əhalinin aztəminatlı təbəqəsinin güzəranının yaxşılaşmasında böyük rol oynaya bilər. Onun sözlərinə görə, bank olmayan kredit təşkilatları ölkəmizdə hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsinə xidmət edəcək, mövcud maliyyə xidmətlərindən istifadə üçün əlverişli şərait yaradacaq.