PDF Oxu

Xəbərlər

  • 14

Əli Əhmədov: “Bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası hazırlanmışdır”

Əli Əhmədov: “Bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası hazırlanmışdır”
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, YAP dekabrda keçiriləcək bələdiyyə seçkilərinə "Azərbaycan bələdiyyələrinin xalqa xidmətinin səviyyəsini və keyfiyyətini yaxşılaşdıraq" şüarı ilə gedir.
Ə.Əhmədov qeyd etmişdir ki, bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası da hazırlanmışdır: "Bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarına seçkilər olduğuna görə, əsas ağırlıq, təbii ki, yeri təşkilatların üzərinə düşəcəkdir. Buna görə də YAP-ın Azərbaycanın bütün rayonlarında olan qurumları bələdiyyələrə seçkilərlə bağlı hazırlığa başlamışlar. Bəzi yerlərdə artıq seçki qərargahları yaradılmışdır və bizim müəyyənləşdirdiyimiz konsepsiyanın həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılır".

Digər xəbərlər