PDF Oxu

Xəbərlər

  • 9

Kənd təsərrüfatı məhsulları hesabına ölkəmizə 63,22 milyon dollar məbləğində vəsait daxil olub

Kənd təsərrüfatı məhsulları hesabına ölkəmizə 63,22 milyon dollar məbləğində vəsait daxil olub
"2009-cu ildə ölkədə istifadəsiz əkin sahəsi qalmayıb". Bu barədə "Səs" qəzetinə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Rizvan Mustafayev məlumat verib. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əldə edilən nəticələr ölkənin daxili tələbatını ödəməklə yanaşı, ixrac imkanlarını da artırıb: "Belə ki, avqustun 1-nə olan vəziyyətə görə, əkin sahələrindən 551 min tondan çox kartof, 660 min ton tərəvəz məhsulları yığılıb. Nəticədə cari ilin 5 ayında ölkədən kənara 26,9 min ton kartof, 10,8 min ton tərəvəz məhsulları ixrac edilib". R.Mustafayev onu da əlavə etdi ki, 2008-ci ildə də ixrac edilən kənd təsərrüfatı məhsulları hesabına ölkəmizə 63,22 milyon dollar məbləğində vəsait daxil olub. Qeyd edək ki, məhsul yığımı davam edir.

Digər xəbərlər