Şahlar Əsgərov: Ulu Öndərimiz tariximizə yeni Azərbaycan dövlətinin banisi kimi daxil olub
Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının tarixində mühüm rol oynayıb. YAP İdarə Heyətinin üzvü, professor Şahlar Əsgərov bildirib ki, Ulu Öndərimiz 40 əvvəl hakimiyyətə gələrkən özünün təşkilatçılıq, idarəetmə qabilliyyəti ilə inkişaf baxımından Azərbaycanı keçmiş CSRİ məkanında önə çıxardı. Heydər Əliyevin fəaliyyətinin bir neçə mərhələdən ibarət olduğunu deyən Ş.Əsgərovun sözlərinə görə, Ulu Öndərimiz tariximizə yeni Azərbaycan dövlətinin banisi kimi daxil olub: "Heydər Əliyev eyni zamanda, böyük filosof və mütəfəkkir kimi çıxış edib".