PDF Oxu

Xəbərlər

  • 5

Gənclər konstitusiya islahatlarını dəstəkləyir

Gənclər konstitusiya islahatlarını dəstəkləyir
Dünən "Yeni Azərbaycan" Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri, vəkilləri Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının qərargahında YAP Gənclər Birliyinin, YAP Suraxanı rayon gənclər təşkilatlarının və müxtəlif sahələri əhatə edən gənclər birliklərinin təmsil olunduğu təşkilatların iştirakı ilə Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı görüş keçirildi.
Gənclərlə görüşdə giriş sözü ilə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Konstitusiyanın 29 maddəsinə ediləcək əlavə və düzəlişlərin zamanın tələbi olduğunu bildirdi. O qeyd etdi ki, beynəlxalq arenada özünə layiqli mövqe seçmiş müasir Azərbaycan dövləti mütərəqqi ideyalarla daima əhatə olunmaqdadır. Bunun da ölkənin Ali Qanunverici orqanında hazırkı şəraitdə öz təsbitini tapmasının V.Seyidov zəruri bir addım kimi qiymətləndirdi. Təşkilat sədri bildirdi ki, ölkəmizin aparıcı gənclər təşkilatlarından olan YAP gənclər təşkilatı ötən prezident seçkilərində böyük aktivlik nümayiş etdiriblər. Referendumla bağlı olan seçkilərdə də, həmişə olduğu kimi, ölkənin bütün gənclərinin böyük aktivlik nümayiş etdirəcəklərini söyləyən V.Seyidov 18 mart referendumunu xalqımızın həyatında ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirdi.
"Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi YAP GB sədri Ramil Həsənovda 18 mart referendumunda gənclərin daha fəal iştirak edəcəklərini qeyd etdi. Fikirini onunla əsaslandırdı ki, daim müasirliyin, yeniliyin tərəfdarı olan Azərbaycan gəncliyi bu dəfə də müasir islahatlara dəstək verəcək. R.Həsənov onu da bildirdi ki, Azərbaycan gəncliyi özünün layiqli gələcəyi naminə düşünülmüş addım atmağı bacarır. Bu baxımdan da martın 18-də keçiriləcək referendum layihəsində ölkəmizdə aparıcı gücə malik gənclərin konkret qərar qəbul edəcəyini bildirən R.Həsənov yeniləşən cəmiyyətdə yeni prinsiplərin meydana çıxmasınının normal bir hal olduğunu söylədi. O, qeyd etdi ki, Azərbaycan artıq dünyada özünün layiqli mövqeyi ilə seçilir və bu istiqamətdə də ən düşünülmüş qərarları qəbul edir. Konstitusiyanın 29 maddəsində ediləcək 41 dəyişikliyin hər birinin ölkəmizin demokratik imicinin daha da güclənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verəcəyini vurğulayan GB-nin sədri Azərbaycanın bir dövlət kimi sivilizasiya üçün örnək olacaq addımlar atdığını gənclərin diqqətinə çatdırdı.
Gənclərlə görüşün böyük əhəmiyyətindən bəhs edən YAP GB-nin şöbə müdiri Faiq Qurbanov ölkəmizdə gənclərin rolunun son illər daha da nəzərə çarpacaq dərəcədə yüksəldiyini seçicilərin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Suraxanı gəncləri ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən bir sıra gənclər təşkilatları, oktyabrda keçirilmiş seçkilərdə olduğu kimi, bu seçkidə də aktivlik nümayiş etdirəcək.
"Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Abbas Babayev Konstitusiya islahatlarının mahiyyəti və məqsədi barəsində gənclərə ətraflı məlumat verdi. O bildirdi ki, bu dəyişikliklər demokratik dəyərlərin önlənməsi baxımından vacib prinsipləri özündə ehtiva edir: "Konstitusiya ilə bağlı müddəaların referenduma çıxarılması bir çox hallarda insanların Ali Qanunumuza daha dərindən yaxınlaşmanı tələb edir. Çünki bu seçkidə hər hansı bir şəxsin seçilməsindən söhbət getmir. Əsas məqsəd 29 maddədə nəzərdə tulumuş 41 dəyişikliyi vətəndaşlar tam dolğun şəkildə dərk edərək düşünülmüş addım atsınlar"-deyə A.Babayev bildirdi ki, ölkədə Konstitusiyanın müəyyən prinsiplərində dəyişikliklərin edilməsi demokratik dəyərlərə böyük töhfədir.
"Şəhər" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Oqtay Sultanov konstitusiya islahatlarını ölkəmizin demokratik dəyərlərə daha da yaxınlaşması baxımından mühüm addım olduğunu bildirdi. O, vurğuladı ki, 29 maddədə nəzərdə tutulan dəyişikliklərin böyyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlıdır: "Çünki yeniləşən və çiçəklənən ölkəmizdə bir sıra dəyişikliklərin edilməsini artıq insanlar öz həyatlarında görmək istəyirlər. Konstitusiyanın təklif olan maddələrində nəzərdə tutulan hər bir dəyişiklik ölkədə vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqları ilə bağlı mühüm vəzifələri özündə cəmləşdirir" deyə O.Sultanov 101-ci maddə ətrafında müəyyən qüvvələr müxtəlif fikirlər söyləməsini yersiz və əsassız adlandırıb. O, qeyd edib ki, həmin maddədə bir şəxsin iki dəfədən artıq müddətə ölkə rəhbərliyinə seçilmək hüququna qoyulan məhdudiyyət demokratik prinsiplərlə ziddiyyət təşkil edir. Ona görə də, hazırkı məqamda qeyd olunan maddəyə təklif olunan əlavə və dəyişikliklərin demokrtik normalarla tam uyğunluq təşkil etdiyini bildirən O.Sultanov Konstitusiya islahatlarının zamanın və sosial təbəqənin istəyindən irəli gəldiyini gənclərin diqqətinə çatdırıb.

Digər xəbərlər