PDF Oxu

Xəbərlər

  • 6

Konstitusiyada dövlətin fəaliyyəti və xalqın inkişaf prinsipləri öz əksini tapır

Konstitusiyada dövlətin fəaliyyəti və xalqın inkişaf prinsipləri öz əksini tapır

"Yeni Azərbaycan" təşviqat qrupu YAP Binəqədi rayon təşkilatında görüş keçirdi

Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşü keçirildi. Tədbirdə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və Binəqədi rayon maarif ziyalıları iştirak edirdilər.
Tədbirdə çıxış edən təşkilatın sədri Nəbi Xəlilov, fevralın 18-də ölkə konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyasına start verildiyini bildirdi. Nəzərə çatdırdı ki, referendumun birinci mərhələsi artıq yekunlaşıb. Növbəti mərhələdə təbliğat-təşviqat kampaniyası aparılmalıdır. O, qanunvericiliyin verdiyi imkanlar çərçivəsində "Yeni Azərbaycan" təşviqat qrupunun bu kampaniyada aktiv iştirak edəcəyini vurğuladı: "1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanda ilk konstitusiya aktı qəbul olundu. 2002-ci ildə həmin konstitusiya aktına ilk əlavə və dəyişikliklər olundu. Bu gün də ölkə konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb. Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi bu dəyişiklikləri milli dövlətçilik ənənələrimizin daha da möhkəmlənməsi və insan hüquq və azadlıqlarının müdafiəsinə uyğun olduğunu nəzərə alaraq cari ilin martın 18-də referendumun keçirilməsi haqda müsbət rəy verdi".
N.Xəlilovun sözlərinə görə, 18 mart 2009-cu il tarixində milyonlarla seçici seçki məntəqələrinə gələrək "Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə dair" referendum aktına münasibətini bildirəcək. Ölkə əhalisi, eləcə də əksər ictimai və siyasi təşkilatlar tərəfindən konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünun dəstəklənliyini diqqətə çatdırdı. Əlavə və dəyişikliklərin konstitusiya islahatları kimi qiymətləndirildiyini qeyd edən təşkilat sədri, bu məsələyə zamanın tələbi kimi yanaşmağın məqsədəuyğun olduğunu bildirdi: "29 maddəni əhatə edən əlavə və dəyişikliklər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. İnanıram ki, martın 18-də referenduma çıxarılan əlavə və dəyişikliklər xalq tərəfindən yüksək səs çoxluğu ilə dəstəklənəcək".
YAP-ın İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Kərim Kərimov, çıxış edərək, Konstitusiyaya edilən dəyişiklik sosial sifariş olduğunu bildirdi. Onu da qeyd etdi ki, Konstitusiyaya əlavə və dəyişikliklər cəmiyyətin inkişafına, demokratik proseslərin sürətlənməsinə yeri imkanlar yaradacaq: "Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir. Ölkəmiz beynəlxalq aləmdə daim inkişaf edən, yeniləşən dövlətə çevrilir. Buna görə də, müasir dövrün tələblərinə uyğun olaraq, yeni qanunların qəbul edilməsi zərurətə çevrilib. Martın 18-də keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum zəruri ehtiyacların ödənilməsinə imkanlar yaradacaq".
K.Kərimov referenduma çıxarılan 29 maddənin hər birinin cəmiyyətin maraqlarını ifadə etdiyini və insanların 18 martda məntəqələrə gələrək, səsvermədə iştirak edəcəklərinə ümidvar olduğunu söylədi. Onu da qeyd etdi ki, Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dəstək vermək dövlətimizin inkişafına, gələcək uğurlarına dəstək vermək demək olacaq.

"Tərəqqi" təşviqat qrupunun Binəqədi rayonunda əhali ilə geniş görüşü keçirildi

Tədbirdə çıxış edən millət vəkili, "Tərəqqi" təşviqat qrupunun vəkili Rafael Cəbrayılov, konstitusiyanın dövlətin əsas qanunu olduğunu və bütün qanunların ona istinad etdiyini bildirdi. Qeyd etdi ki, bəzi qanunları Milli Məclis qəbul edirsə, ümumilikdə konstitusiyanı qəbul edən yeganə subyekt xalqdır: "Konstitusiyada dövlətin fəaliyyəti və xalqın inkişaf prinsipləri öz əksini tapır. Bu baxımdan, ölkəmizin əsas qanunlar toplusuna əlavə və dəyişikliklərin edilməsi tarixi zərurət və zamanın diqtəsidir". Konstitusiyanın cəmiyyətdəki münasibətləri tənzimləyən rəsmi sənəd olduğunu nəzərə çatdıran millət vəkili, onun bu münasibətləri tam tənzimləyə bilmədiyi üçün dəyişikliklərin edilməsi zərurətinin ortaya çıxdığını söylədi. Son illər ərzində dövlət büdcəsinin 22 dəfədən çox artması faktı bu dəyişikliyi daha real edir: "Konstitusiyanın 22 maddəsində ümumilikdə 41 əlavə və dəyişiklik nəzərdə tutulub. Texniki dəyişikliklər istisna olmaqla digərlərini iki cəhətdən xarakterizə etmək olar. İnsan hüquq və azadlıqlarının daha da genişləndirilməsi ya mövcud maddələrin genişləndirilməsi, ya da yeniliklərin edilməsi ilə reallaşacaq. İkinci xarakteristikada isə bu dəyişikliklərlə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı dövlətin üzərinə əlavə məsuliyyət qoyulur".
Ayrı-ayrı maddələr ətrafında geniş məlumatlar verən R.Cəbrayılov, diqqəti 12-ci maddəyə yönəldərək, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bildirdi: "Konstitusiyada uşaq hüquqları ilə bağlı düzünə müddəa yoxdur. Bu dəyişikliklər əsasında isə uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması qadağan edilir. Eyni zamanda, 17-ci maddəyə edilən əlavələrlə 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Təəssüflər olsun ki, real həyatda sözügedən yaş həddinə çatmayan uşaqların müəyyən işlərdə çalışdıqlarının şahidi oluruq. Müddənin 4-cu bəndində qeyd olunduğu kimi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qohumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər".
Daha sonra 29-cu və 71-ci maddələr ətrafında fikir yürüdən millət vəkili, insanların mülkiyyət hüquqlarının tam qorunduğunu bildirdi: "71-ci maddəyə edilən əlavə ilə hər kəsin hüquq və azadlıqlarının konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Yəni, hüquq və azadlıqlar mütləq deyil. Əgər hər hansı bir şəxsin hüququ digər vətandaşların hüquq və azadlıqlarının məhdudlaşdırması ilə yerinə yetiriləcəksə, onun təmin edilməsi mütləq deyil. Bəzi müxalifət partiyalarına hər hansı dövlət obyekti qarşısında mitinq keçirməsinə icazə verilməsi onların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qələmə verilə bilməz".
101-ci maddənin 5-ci bəndinə edilən əlavəyə aydınlıq gətirən R.Cəbrayılov, onu da vurğuladı ki, bu, hakimiyyətin bütün qolları arasında balans yaradacaq. Əgər millət vəkili məhdudiyyətsiz seçilmə hüququna malikdirsə, nə üçün bir şəxsin iki dəfədən artıq prezident seçilməsi qadağan edilməlidir? "Məhdudiyyət sözünun özü demokratiyaya ziddir. Bu dəyişikliklərin əleyhinə çıxan bəzi qüvvələrin çıxışlarına baxsanız, orada siyasət görərsiniz. Mən ixtisasca hüquqşünas olduğum üçün konstitusiyaya edilən əlavə və dəyişiklkilərdə hüquqi cəhətdən heç bir qüsur cörmürəm".

Digər xəbərlər