PDF Oxu

Xəbərlər

  • 11

Azərbaycan Ordusu Cənubi Qafqazda ən böyük gücə malikdir

Azərbaycan Ordusu Cənubi Qafqazda ən böyük gücə malikdir

Dünən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının və Nizami rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi. Nizami rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə keçirilən tədbir Dövlət Himni və hissə komandanlığının çıxışı ilə açıq elan edildi. 26 İyun Silahlı Qüvvələr Günü ilə bağlı YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva əsgər və zabitlərə təbriklərini çatdırdı.

Bildirdi ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən böyük gücə malikdir. S.Vəliyeva Azərbaycan Silahlı Qüvvələrinin böyük və əzəmətli bir yol keçdiyini Ulu Öndər Heydər Əliyevin möhkəm iradəsi sayəsində milli ordumuzun formalaşdırıldığını söylədi. "1918-ci ildə Şərqdə ilk demokratik respublika modeli olan Azərbaycan Demokratik Cümhuriyyəti yaranmaqla onun ordusunun da əsası qoyuldu. Beləlikə, qədim və köklü əsaslar üzərində 1990-cı illərin əvvələrində bir qədər çətin, vahid komandansızlıq dövrünü yaşayan silahlı qüvvələrimiz xalqımızın böyük öndəri Heydər Əliyevin mətin iradəsi sayəsində formalaşma dönəminə qədəm qoymuş oldu. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə, hər bir sahədə olduğu kimi, ordu quruculuğu sahəsində də tərəqqinin əsasları yarandı. Qısa müddətdə Azərbaycanın modern vahid komandanlığa tabe olan silahlı qüvvələrinin yaranması Ulu Öndərin Heydər Əliyevin başlıca amalı idi. Çünki ordunun güclü olması ilə müstəqil dövlətin sərhədlərinin onun milli maraqlarının təminatının mümkünlüyü heç vaxt dahi liderimizin diqqətindən kənarda qala bilməzdi. Məhz Onun uzaqgörənliyi və mətinliyi sayəsində müasir Azərbaycan Ordusunun günbəgün artan gücü bu gün daha güclü silahlı qüvvələrimizin formalaşmasında böyük rol oynadı. Elə bu prinsipdən də, Ulu Öndər Heydər Əliyev siyasətinin bu gün ölkəmizdə ən layiqli davamçısı olan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi atlında Azərbaycan Ordusu regionla yanaşı, beynəlxalq arenada da, özünün qüdrəti ilə sayılıb-seçilən ordular sırasına qatılıb" deyən S.Vəliyeva heç də təsadüfi olmayan beynəlxalq sülhməramlı qüvvələr tərkibində Azərbaycan Ordusunun birləşmələrinin iştirakının buna əyani sübut olduğunu da xatırlatdı. Millət vəkili bu gün bədnam qonşularımız olan işğalçı Ermənistan tərəfindən zəbt olunmuş tarixi ərazilərimizin azad olunması üçün silahlı qüvvələrimizin Ali Baş Komandanın Əmrini gözlədiyini və o tarixi zəfər anının çox da uzaqda olmadığını vurğuladı.

Əsgər və zabit heyətinə öz təbriklərini çatdıran Nizami rayon icra başçısının müavini Qərib Məmmədov da, bu gün Azərbaycan Ordusunun böyük gücə və qüdrətə malik olmasından bəhs etdi. Qeyd etdi ki, silahlı qüvvələrimiz hər an işğal altında olan 20 faiz ərazimizi erməni tapdağından azad etməyə qadirdir.

Tədbir əsgərləri təbrikə gələn Nizami rayon mədəniyyət işçilərinin maraqlı konsert proqramları ilə davam etdirildi.

Tapdıq Qurbanlı

Digər xəbərlər