PDF Oxu

Xəbərlər

  • 27

Qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır

Qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına BMT-də müşahidəçilik statusu verilərsə, bu, türkdilli ölkələrin təşkilatlarının dünyada tanınması baxımından əhəmiyyətlidir. Bu fakt göstərir ki, artıq türk dövlətləri özlərinin birgə yaratdığı təşkilatlarla dünyaya çıxırlar". Bu fikirləri Milli Məclisin komitə sədri, Azərbaycan - Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, son dövrlər türk birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, bütün bu addımlar türk birliyinin güclənməsi baxımından vacibdir. Artıq Türkdilli Ölkələrin Parlament Assambleyası da beynəlxalq təşkilat kimi dünyada özünü təsdiq etməkdədir. "Qloballaşan dünyada türk xalqlarının birliyinin güclənməsi olduqca aktualdır. Bu baxımdan, türk dövlətlərinin qarşılıqlı münasibətlərinin gücləndirilməsi və onların yaratdıqları təşkilatların beynəlxalq fəaliyyəti istiqamətində atılan addımlar önəmlidir"- deyə N.Cəfərov qeyd edib.

Digər xəbərlər