Azərbaycanın müstəqilliyinin bərpasına həsr edilmiş möhtəşəm bir tədbirdə iştirakımdan olduqca məmnunam. Bakıda ilk dəfə olsam da, buradakı inkişaf və tərəqqi bir daha göstərir ki, ölkəmiz sürətli inkişaf yolundadır. Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumatım vardır. Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səmərəli işlər görür. Bir sözlə, Azərbaycanda insan hüquq və azadlıqlarına hörmətlə yanaşılır.
AzərTAc xəbər verir ki, bu sözləri Bakıda Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirində iştirak edən Burundi Respublikasının ombudsmanı Məhəmməd Rukari demişdir.
Azərbaycan yaxın bir neçə ildə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevriləcəyini əminliklə vurğulayan qonaq bildirmişdir ki, belə tədbir və görüşlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirini göstərəcəkdir.