Azərbaycan əhalinin 1992-ci il yanvarın 1-dək Azərbaycan SSR-in Əmanət Bankına qoyulan əmanətlərin qaytarılmasının təmin edilməsinə 2012-ci ildə maliyyə vəsaiti tapa bilər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı parlamentin Mədəniyyət, Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin "2012-ci ilin dövlət büdcəsi" layihəsinə həsr olunmuş birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. "Əgər müvafiq qanun layihəsi hazırlanarsa, onun maliyyə təminatı 2012-ci ildə tapıla bilər. Mexanizmlərın də tapılması mümkündür", - Şərifov bildirib.